Saxta sənədlərlə bankdan külli miqdarda kredit mənimsənilmişdir
25-02-2013, 15:25
Oxunub: 6 361
Baş prokurorluğdan Bolgexeber.com-a daxil olan məlumata görə
“Azərbaycan Sənaye Bankı” ASC-nin Gəncə filialında fəaliyyət göstərən qiymətləndirici-zərgərin qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində araşdırılmışdır.
Müəyyən edilmişdir ki, cəmiyyətlə bağladığı “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən banka girov qoyulan zərgərlik məmulatlarının və qiymətli metalların qiymətləndirilməsini həyata keçirməyə, metalın əyarını, çəkisini, xassəsini doğru və dəqiq təyin etməyə cavabdeh şəxs olan Əliyev İlqar Məzahir oğlu cəmiyyətin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olub kredit götürmək üçün bankın Gəncə filialına müraciət etmiş 54 müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim edilmiş dəmir parçalarının qızıl-zinət əşyası və ya yüksək dəyərə malik olması barədə saxta rəylər verərək 216.0 min manat məbləğində kreditin götürülməsinə nail olmaqla dələduzluq etmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanmışdır.
İ.Əliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər