BolgeXeber.Com » Gündəm » Şəmkirin TSEK sədri məhkəmə qarşısında

Şəmkirin TSEK sədri məhkəmə qarşısında

1-03-2013, 19:15
Oxunub: 5 253 Əvvəllər məlumat verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Ələsgər Səfərli 17 aprel 2012-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kənd sakininə 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün sonuncunun qardaşı Mübariz Məmmədovdan 500 manat məbləğində pulu xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmış və Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaqla həmçinin müəyyən edilmişdir ki, Ələsgər Səfərli ömürlük əlillik dərəcəsinin təyin edilməsi müqabilində rayon sakinləri Cahangir Kərimov, Qələndər Əliyev və Zakir Şıxıyevdən də müvafiq olaraq 100, 90 və 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi almışdır.
Ə.Səfərli Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qsimində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Mübariz Məmmədov, Cahangir Kərimov, Qələndər Əliyev, Zakir Şıxıyev isə Cinayət Məcəlləsinin 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Mübariz Məmmədovun barəsində polisin nəzarəti altına vermə, Cahangir Kərimov, Qələndər Əliyev və Zakir Şıxıyevin barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.