BolgeXeber.Com » Gündəm » Martın 5-dən hava şəraiti kəskin dəyişəcək

Martın 5-dən hava şəraiti kəskin dəyişəcək

5-03-2013, 07:40
Oxunub: 3 337 Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 4-7, axşam 1 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Martın 5-dən 7-dək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir