BolgeXeber.Com » Gündəm » Park Inn hotelində Beynəlxalq Forum keçirildi-Bəyannamə-fotolar

Park Inn hotelində Beynəlxalq Forum keçirildi-Bəyannamə-fotolar

11-03-2013, 19:35
Oxunub: 4 481 QHT Əməkdaşlıq Alyansı martın 11-də, Park İnn hotelinin “Dan Ulduzu” konfrans zalında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi” mövzusunda Forum keçirib.

QHT Əməkdaşlıq Alyansının Mətbuat və İnformasiya Katibliyindən Bolgexeber.com -a daxil olan məlumata görə, forum beynəlxalq təşkilatların və missiyaların müxtəlif baxışları bölüşən yerli QHT-lər arasında əməkdaşlığının genişləndirilməsi vacibliyini önə çəkib.

Forumda Beynəlxalq təşkilatların insan haqları, fundamental azadlıqlar barədə hər il yayılan hesabatları da müzakirə predmeti olub. Olkəmizdə proseslərin obyektiv qiymətlədirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərlə deyil, eyni zamanda müxtəlif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə olan QHT-lərin məlumatlarına da istinad edilməsi vurğulanıb. Bu məsələ ona görə önəmli hesab edilib ki, beynəlxalq təşkilatların hesabatları hakimiyyət tərəfindən birmənalı rədd edilməsin, əksinə tənqiddən düzgün nəticə çıxarılaraq sadalanan nöqsanlar aradan qaldırılsın. Bu vəziyyət qarşılıqlı ittihamlara deyil, beynəlxalq təşkilatlarların dövlətlə və QHT-lərlə normal ünsiyyətinə rəvac versin və sonucda hər üç tərəf arasında körpü yaratsın və dialoqa yol açsın.

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqovun açılış nitqindən sonra Forumda “Azərbaycan vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, “Azərbaycan QHT-ləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq üçün istifadə olunmamış resurslar və potensial; təkliflər” mövzusunda QHT Əməkdaşlıq Alyansı, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, Razi Nurullayev, ”Beynəlxalq təşkilatlar və Azərbaycanın vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi vacibliyini şərtləndirən amillər” mövzusunda millət vəkili, Vahid Əhmədov, “Dövlət-QHT Əməkdaşlığı: Mərakeş təcrübəsi” mövzusunda Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri, Səfir Hassan Hami, “Azərbaycan hökümətinə demokratiya və idarəetmə üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda USAID/Azərbaycan ofisinin Demokratiya və İdarəetmə İdarəsinin direktoru, cənab Ronald Glass, “QHT-lərin iqtidaryönlü və müxalifyönlü kateqoriyalara bölünməsi: bunun beynəlxalq təşkilatlar və hakimiyyət arasında yaratdığı problemlər” mövzusunda QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli, “Beynəlxalq təşkilatlar, nümayəndəliklər və QHT-lər arasında münasibətlər” mövzusunda İraqın Azərbaycandakı səfiri, Səfir Heydar Şiya Ghubeşi ALBARRAK, “Vətəndaş cəmiyyəti üzvləri arasında konsolidasiya problemləri” mövzusunda QHT Əməkdaşlıq Alyansının həmsədri Rəfail Becanov, “Beynəlxalq təşkilatlar ilə informasiya mübadiləsinin asanlaşdırılması yolları” mövzusunda Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, “Beynəlxalq” və “milli” parametrlərin uyğunlaşdırlması: sabaha doğru” mövzusunda isə beynəlxalq ekspert, Uldis Villerušs (Latviya) məruzə ilə çıxış ediblər.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb və növbəti addımların müəyyən edilməsi üçün Bəyannamə qəbul edilib.
Qeyd edək ki, Forumda 40 yaxın beynəlxalq təşkilatlaırn və səfirliklərin nüümayəndəsi, 10-dan çox millət vəkili, onlarla aparıcı mətbuat orqanlarının baş redaktorları və rəhbərləri və yüzlərlə vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.


QHT Əməkdaşlıq Alyansının
“Beynəlxalq təşklatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi” mövzusunda 11 mart 2013-cü ildə Bakıda keçirdiyi
Forumun Bəyannaməsi


Azərbaycanin yerləşdiyi geosiyasi məkan dünyanın aparıcı ölkələri ilə yanaşı beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Azərbaycan dövləti Avropa Şurası kimi nüfuzlu təşkilatların qarşısında öhdəliklər götürüb. Öhdəliklərin icra vəziyyəti həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq təşkilatların hesabatlarında daim müzakirə edilən mövzulardandır. Öhdəliklərin daha çox diskussiya doğuran məqamları fundamental insan haqlarının mövcud durumu ilə bağlıdır.
Beynəlxalq təşkilatların hesabatlarındakı Azərbaycanla bağlı mövqe, əsasən ilkin mənbə rolunda çıxış edən yerli QHT-lərin ötürdüyü məlumatların hesabına formalaşır. Beynəlxalq təşkilatların Azərbaycanda əməkdaşlıq etdiyi yerli QHT-lər fəaliyyətləri etibari ilə daha çox radikal mövqeli təşkilatlardır. Bu prosesə digər QHT-lər, ekspertlər zəif cəlb edilir və buna görə də hesabatlarda cəmiyyətin bütün spektrinin mövqeyi əks olunmur, nəticədə plüralizm pozulur.
Beynəlxalq təşkilatların bu siyasəti uğurlu sayıla bilməz. Olkəmizdə proseslərin obyektiv qiymətlədirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərlə deyil, eyni zamanda müxtəlif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə olan QHT-lərin məlumatlarına da istinad edilməlidir. Bu məsələ ona görə önəmlidir ki, beynəlxalq təşkilatların hesabatları nəinki hakimiyyət tərəfindən birmənalı rədd edilməsin, əksinə tənqiddən düzgün nəticə çıxarılaraq sadalanan nöqsanlar aradan qaldırılsın. Bu vəziyyət qarşılıqlı ittihamlara deyil, beynəlxalq təşkilatlarların dövlətlə və QHT-lərlə normal ünsiyyətinə rəvac versin və sonucda hər üç tərəf arasında körpü yaratsın və dialoqa yol açsın.
Biz Forum iştirakçıları:
- Beynəlxalq təşkilatlar, missiyalar və müxtəlif baxışları bölüşən yerli QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi vacibliyini,
- Beynəlxalq təşkilatlar, missiyalar, yerli QHT-lər və hakimiyyət arasında üçtərəfli görüşlərin keçirilməsi vacibliyini,
- Ölkədə olan problemlərin həlli üçün tərəflər arasında dialoqun keçirilməsi vacibliyini,
- Yayılan hesabatların konstruktiv dialoq üçün imkanlar tanıması vacibliyini,
bəyan edirik.
Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün açağıdakı addımları vacib hesab edirik:
a) Mərhələli şəkildə və konkret mövzular üzrə Tərəflər (beynəlxalq təşkilatlar, dövlət qurumları və yerli QHT-lər) arasında Forumlar, görüşlər və konfranslar təşkil etmək,
b) Beynəlxalq təşkilatlar və missiyaların əməkdaşlıq etdiyi təşkilatların sıralarını genişləndirmək və yeni simalar əlavə etmək üçün praktik addımlar atmaq,
c) Beynəlxalq təşkilat və missiyaların hakimiyyət orqanları ilə birbaşa dialoq qurmasını və öhdəliklərin yerinə yetirilməsi, qaldırılan problemlərin dialoqlar vasitəsilə həllinə nail olmaq.

Yuxarıda deyilənləri nəzərə alaraq, QHT Əməkdaşlıq Alyansı ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, səfirliklər və yerli vətəndaş cəmiyyəti təmsilçiləri ilə əməkdaşlıq şəraitində demokratiya və vətəndaş cəmiyyətinin gücləndirilməsi mövzusunda yeni Forumların keçirilməsini zəruru hesab edir.