BolgeXeber.Com » Gündəm » Xaçmazda “Şans Kredit İttifaqı” vətəndaşın pulunu necə mənimsəyib?-ŞİKAYƏT (FOTO)
Xaçmazda “Şans Kredit İttifaqı” vətəndaşın pulunu necə mənimsəyib?-ŞİKAYƏT (FOTO)
23-01-2019, 13:55
Oxunub: 8 508
"O mənim qadınlığımdan istifadə edib mənim pullarımı vermir"
Quba sakini hal-hazırda Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan Maral Həmdullayeva 2014- cü ildə Xaşmaz şəhərində fəaliyyət göstərən “Şans Kredit İttifaqı”na 25 min manat pul qoyub və indiyəcən bu təşkilatdan pulunu ala bilmir.
Bu barədə “Şans Kredit İttifaqı”nın sədri Vaqif Qədir oğlu İsgəndərovun qanunsuzluğu ilə üzləşən Maral Həmdullayeva Bolgexeber.com-a şikayət məktubunda yazır.
Maral Həmdullayeva daha sonra şikayətində bildirir :“Şans Kredit İttifaqı”nın sədri Vaqif Qədir oğlu İsgəndərov mənə bildirdi ki,hər ay qoyduğum məbləğin faizi mənə veriləcək.Düzdür ,bir il mənə pulumun faizi cədvəl üzrə verildi.Aamma 1 ildən sonra Vaqif müəllim dedi ki,təşkilatda iş dayanıb,pulllar geçikdirilir və sairə.O vaxtdan 3 il keçib,ancaq hələ səs-soraq yoxdur.
Dəfələrlə onunla görüşmüşəm,danışmışıq,mənə yalan vədlər verir.Hər dəfə deyir “təşkilatda iş düzəlsin pulu qaytaracam”.Amma baxıram ki,o pulu verməkdən boyun qaçırır və mənə pul vermək fikri yoxdur.Mən Vaqif müəllimdən pulumu tələb edirəm.O mənim qadınlığımdan istifadə edib mənim pullarımı vermir.Vaqif müəllim müraciət edirəm:mən pulumu sizə necə vermişəm elə də qaytarın.Mən artıq xahiş etmirəm,tələb edirəm.Çünki dəfələrlə sizdən xahiş etmişəm ki,pulumu qaytarasız.Mən öz haqqımı tələb edirəm”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər