İlham Əliyev müraciət etdi
13-03-2013, 08:10
Oxunub: 5 097
Prezident İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisinə müraciət edib.
Bolgexeber com həmin müraciəti təqdim edir:
“Hörmətli qurultay nümayəndələri! Sizi salamlayır və növbəti ali toplantınızın işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.
Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir.
Davamlı inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında əhalinin sosial rifah halının təmin olunması hökumətin başlıca vəzifələrindən birini təşkil edir. Son illərdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Eyni zamanda, məruz qaldığımız təbii fəlakətlər – daşqın və zəlzələ nəticəsində ölkəmizdə təsərrüfatlara dəymiş ziyanın aradan qaldırılması, dağılmış yaşayış məntəqələrinin bərpası və yenidən qurulması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Biz bu problemləri kənardan heç bir yardım almadan, dövlətimizin yaratdığı iqtisadi potensiala arxalanaraq həll edirik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də imkanları daxilində müəyyən sosial çətinliklərlə üzləşən vətəndaşlara maddi və mənəvi dəstək göstərir, bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır.
Hazırda Qızıl Aypara Cəmiyyətinin respublikamızdakı səmərəli fəaliyyəti üçün zəruri qanunvericilik bazası və əlverişli şərait yaradılmışdır. Qurumun nəcib məqsədlərinə və əməli fəaliyyətinə hörmət əlaməti olaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur.
Ümidvaram ki, bugünkü Baş Məclisdə qəbul olunacaq qərarlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə yeni imkanlar açacaq, həm ölkə, həm də beynəlxalq miqyasda təşkilatın işini daha da gücləndirəcəkdir. Qurultay iştirakçılarına, Azərbaycanın bütün qızıl ayparaçılarına uğurlar, uzun ömür və möhkəm cansağlığı arzulayıram”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər