Füzuli Ələkbərov indi də korrupsiyasızlaşmaqdan danışıb
29-03-2011, 19:05
Oxunub: 7 686

Füzuli Ələkbərov indi də korrupsiyasızlaşmaqdan danışıb
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Bolgexeber.com-a verilən məlumata görə, nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçirilən müşavirədə əhaliyə xidmət səviyyəsinin yüksəldilməsinin, bu sahədə şəffaflığın artırılmasının, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinin daim diqqətində olduğunu vurğulayıb, bununla əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əlillərin reabilitasiyası ilə əlaqədar vətəndaşların ərizə və şikayətlərinə, habelə nazirliyin 142 nömrəli “Qaynar xətt”i vasitəsilə daxil olmuş müraciətlərə qanunauyğun şəkildə baxılmasına nəzarət gücləndirilib.
Eyni zamanda, ərizə və şikayətlərin vətəndaşların özlərinin iştirakı ilə yerində araşdırılması təmin edilib, aztəminatlı əhali qruplarına dövlət qayğısının çatdırılması işlərində şəffaflığın artırılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin daha geniş iştirakına şərait yaradılıb, fəaliyyəti əhalidə haqlı narazılıq yaradan struktur rəhbərləri və əməkdaşları cəzalandırılıb.
Nazir vəzifələrinin icrasına səhlənkar və məsuliyyətsiz yanaşan struktur rəhbərləri və əməkdaşları barəsində ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini, o cümlədən ünvanlı dövlət yardımının və əlilliyin təyinatında qanunsuzluq hallarına, korrupsiya faktlarına yol verən işçilərin sərt şəkildə cəzalandırılacağını, onların barəsində dərhal hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib. Həmçinin Tovuz rayonunda sınaq işlərinə başlanılan ”Özünədəstək” proqramı layihəsinin digər pilot rayonlarda (Masallı, İsmayıllı, Quba) da icrası və bu sahədə şəffaflığın artırılması barədə tapşırıqlar verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər