BolgeXeber.Com » Gündəm » “Gündəlik Bakı”-nın baş redaktoru bıçaqlanıb

“Gündəlik Bakı”-nın baş redaktoru bıçaqlanıb

15-03-2013, 12:40
Oxunub: 4 326 Daxili İşlər Nazirliyindən Bolgexeber.com-a daxil olan məlumata görə, martın 14-də Yasamal rayonu ərazisində "Mercedes" markalı avtomaşının sürücüsü şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində "Gündəlik Bakı" qəzetinin baş redaktoru şəhər sakini Habil Vəliyevə bıçağın dəstəyi ilə üz nahiyəsindən xəsarət yetirib. Emil Zeynalov Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək, Habil Vəliyevin onu tapança ilə hədələdiyini və qardaşı Rafael Vəliyevin isə bıçaqla ona döş nahiyəsindən xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.