BolgeXeber.Com » Gündəm » Bu gün Eldar Sultanovun yubileyidir

Bu gün Eldar Sultanovun yubileyidir

16-03-2013, 14:50
Oxunub: 4 754 Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 50 yaşı tamam olur. Eldar Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisinin sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında xidmətə başlayıb.
E. Sultanov 2008-ci ildən Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.
Eldar Sultanov 2013-cü ilin yanvar ayında Femida.az Hüquq İnformasiya Portalının facebook səhifəsində (facebook.com/femidaportali) keçirilimiş “Hüquq-mühafizə orqanları arasında hansı qurumun mətbuat xidməti daha yaxşı fəaliyyət göstərir?” sorğusunda bütün həmkarlarını qabaqlayaraq birinci yerə çıxıb.
Bolgexeber.com olaraq Eldar Sultanovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və müvəffəqiyyətlər arzulayırıq!