BolgeXeber.Com » Gündəm » Günün qoroskopu

Günün qoroskopu

18-03-2013, 09:40
Oxunub: 3 902 QOÇ - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.
BUĞA - Bu təqvimdə uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Çünki ayın sonuna qədər bundan səmərəli vaxt olmayacaq. Təmir-quraşdırma işləri üçün də əhəmiyyətli gündür.
ƏKİZLƏR - Həftə ərzində yaranmış maliyyə problemlərinizi aradan qaldırmaq asanlaşmaqdadır. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz. Qidanıza fikir verin.
XƏRÇƏNG - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.
ŞİR - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
QIZ - Qonaq getmək üçün günün ikinci yarısı münasibdir. Amma hər hansı fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Ailə münasibətlərində obyektiv addımlar atın.
TƏRƏZİ - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.
ƏQRƏB - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki qarşıdakı günlərdə bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri və mövqenizi konkretləşdirməlisiniz.
OXATAN - Mart ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə artım da mümkündür.
OĞLAQ - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Axşama doğru qazanmaq ehtimalınız var.
SUTÖKƏN - Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanların fikirlərinə əhəmiyyətsiz yanaşın. Gələcəyə tam ümidlə baxın.
BALIQLAR - Bürcünüzün ən uğurlu məqamlarını yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.