BolgeXeber.Com » Gündəm » "Amnesty International" "Nida"çıları təcili azad etməyə çağırdı

"Amnesty International" "Nida"çıları təcili azad etməyə çağırdı

21-03-2013, 19:35
Oxunub: 3 569 Beynəlxalq hüquq müdafiə təşkilatı olan Amnesty İnternational Nida vətəndaş hərəkatının həbsdə olan üzvlərini təcili azad etməyə çağırıb.
Təşkilat Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu və Rəşad Həsənovu vicdan məhbusu sayır və bildirir ki, onların 4-də tamamilə dinc şəkildə fikirlərini ifadə etdiklərinə görə həbsə atılıb.
Amnesty İnternational Azərbaycan hakimiyyətini onların 4-nü də təcili və heç bir şərtsiz azad etməyə, işgəncə və zorakılığa məruz qalmamaları, tibbi yardım, ailə üzvləri və vəkillərlə görüşünə təminat yaratmağa çağırır.
Bəyanat xüsusilə Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlunun işgəncə və zorakılığa məruz qalması ilə bağlı təcili və hərtərəfli istintaq aparmağa çağırır.

Təşkilat sonda Azərbaycan hakimiyyətini sərbəst toplaşma və ifadə azadlığı da daxil olmaqla insan haqlarına hörmətlə yanaşmağa çağırır.
Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu martın 9-da, «Əsgər ölümünə son» tələbi ilə Bakıda keçirilən aksiyadan bir gün əvvəl saxlanıblar.

Hüquq mühavizə orqanları onların evlərində aparılan axtarış zamanı 22 ədəd «Molotov kokteyli», 507 qram həşiş , 190 qram marixuana və 94 min manat pul aşkar edilfiyini deyirlər.

Martın 14-də isə Rəşad Həsənov saxlanıb və barəsində qanunsuz silah saxlama ittihamı ilə 3 aylıq həbs qərarı verilib.
azadlıq.orq