Hüseyn Abdullayev icra başçısı ola bilər
22-03-2013, 18:45
Oxunub: 5 493
Keçmiş deputatIn vəzifəyə gətirilməsində başqa maraq var
Artıq Novruz Bayramı geridə qalıb və gələn həftənin ilk günündən yenidən qaynar iş rejiminə keçid olacaq. Təbii ki, bu ilin seçki ili olması səbəbindən siyasi dairələr ətrafında daha qaynar olayların cərəyan edəcəyi heç şübhəsizdir. Bu elə bayram öncəsindən də sezilməkdə idi.
Hökumət içindəki mənbələrin Dia.az-a verdiyi informasiyalardan belə aydın olur ki, ən gərgin hadisələr elə iqtidar daxilində yaşanılacaq: «Doğrudur, siyasi müxalifətin mövcudluğu və bu mövcudluğun maraqlı qüvvələr tərəfindən xüsusi olaraq qabardılması hesabına «ümumiqtidar maraqları» anlayışı önə keçid almaq üzərədir. Amma bunun özü belə iqtidar daxilində nəzərdə tutulan kardinal kadr islahatlarından imtina ilə nəticələnməyəcək».
Mənbəmiz kadr islahatları zamanı hətta sürpriz olayların da baş verəcəyini söylədi: «Bu gün kimlərsə keçmiş deputat Hüseyn Abdullayevin kitabının birdəfəlik olaraq bağlandığını zənn edirlər, amma yanılırlar. Məsələn, onun rayonlardan birinə icra başçısı göndərilməsi nəzərdə tutulur».
Mənbəmizin sözlərinə görə, əslində Hüseyn Abdullayevin vəzifəyə gətirilməsi onun əlindəki maddi imkanları təyin ediləcəyi rayonun quruculuq-abadlıq işlərinə də cəlb edilməsi üçün planlaşdırılır.
Onu da bildirək ki, Hüseyn Abdullayevin təxminən 20-30 milyon dollarlıq sərvətinin olduğu söylənilir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər