BolgeXeber.Com » Gündəm » Cəlilabadda 2 yaşlı körpə yandı

Cəlilabadda 2 yaşlı körpə yandı

24-03-2013, 09:45
Oxunub: 3 324 Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 33 kv.m sahədə yanıb.
Bolgexeber.com-un FHN-nin rəsmi saytına istinadən məlumatına görə, yanğının kəşfiyyatı zamanı ev sahibinin nəvəsi 2011-ci il təvəllüdlü Quliyeva Mədinə Məzahir qızının yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.