Qanunsuz olaraq işdən çıxarılan Şamaxı sakinlərindən prezidentə ŞİKAYƏT
9-04-2019, 09:09
Oxunub: 7 860
"Bizləri hər vəchlə Şamaxıda sökülən evlərin söküntüsünə, bağlarda yəni, ayrı-ayrı şirkətlərə məxsus üzüm bağlarında işləməyə məcbur etdilər"
Bolgexeber.com-un elektron poçtuna Şamaxı rayon sakinləri Burcalıyev Vasif, Babayev Əbülhəsən və Ağayev Raqib tərəfindən ölkə prezidenti İlham Əliyevə ,surəti Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasınn rəhbəri cənab Ramiz Mehdiyevə ünvanlanan şikayət məktubu daxil olmuşdur. Bir nüsxəsi də saytımıza daxil olan məktubda vətəndaşlar ölkə rəhbərinə qarşılaşdıqları haqsızlıqdan, özləri də daxil olmaqla 40 nəfərin qanunsuz olaraq işdən çıxarılmasından şikayət edirlər və ölkə başçısından kömək istəyirlər.
Məktubu olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham İlham Əliyevə
Surəti:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Surəti:
Azərbaycan Respublikası Prezident Administrasiyasınn rəhbəri cənab Ramiz Mehdiyevə
Şamaxı rayon sakinləri Burcalıyev Vasif, Babayev Əbülhəsən, Ağayev Raqib tərəfindən
ƏRİZƏ
“Cənab Prezident, biz yuxarıda adları qeyd olunanlar Sizin fərmanınızla yaradılmış “Dost iş" Mərkəzi MMC-də sosial yönümlü işlərlə bağlı işə qəbul olunmuşuq. Amma işə başlayanda isə bunun tamam əksini gördük. Bizləri hər vəchlə Şamaxıda sökülən evlərin söküntüsünə, bağlarda yəni, ayrı-ayrı şirkətlərə məxsus üzüm bağlarında işləməyə məcbur etdilər. Biz bunun yolverilməz olduğunu bildirdikdə özünü Şamaxının qeyri-rəsmi başçısı hesab edən Yaqub adlı şəxs işlərə əsasən özünün nəzarət etdiyini bildirərək bizləri hər vəchlə bu işlərdə işədəcəyini, əks təqdirdə isə işdən qovacağını bildirdi. Bir neçə gün öncə isə zəng vuraraq 40 nəfərin bizlərlə içində olmaq sərti ilə işdən qovulduğumuzu bildirdilər. 40 nəfərin hamısı maddi cəhətdən çətinlik çəkən insanlardır. Bizdə olan məlumata görə onlar Məşğulluq Mərkəzinin direktoru Ceyhun Səmədova da işçilərin qovulması ilə əlaqədar təkliflər olunsa da o, bu işdən imtina etmişdir.
Cənab Prezident, Sizdən xahiş edirik ki, humanistliyinizi göstərərək işdən qovulmağa məhkum olunmus bu səxslərin işə bərpasına köməklik göstərəsiniz. Dərin təşəkkür hissi ilə:
Burcalıyev Vasif, Babayev Əbülhəsən,Ağayev Raqib”
P.S.Qeyd edək ki,işdən çıxarılan vətəndaşların müraciəti dərc olunandan sonra şikayətçilərdən biri redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki,yazıdan sonra onları onların işə bərpa olunacaları bildirlsə də sonradan onlar aldadıqlarını başa düşüblər.
“Bizim problem hələ də həll olunmayıb.Biz 40 nəfəri aldatmaqda davam edirlər. Bildirirlər ki,”sizi işə qaytarmışıq”,amma gedirik iş yerinə, deyirlər “sizi işdən çıxarmışıq”. Yaqub adlı həmin şəxs də yenə də icra hakimiyyətində iş başındadır və bu işlərdən kənarlaşdırılmayıb,yenə bütün bu işlərə nəzarət edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər