BolgeXeber.Com » Gündəm » Məşhur kulinara qarşı Bakı hava limanında kobudluq edilib

Məşhur kulinara qarşı Bakı hava limanında kobudluq edilib

26-03-2013, 09:25
Oxunub: 4 492 Ölkəmizdə bir həftəlik qonaq olan məşhur kulinar Stalik Xankişiyev ölkəni tərk edərkən Bakı hava limanında təhlükəszilik xidmətinin əməkdaşı ona qarşı kobudluq etmişdir.Bu barədə ,Moskvada yaşayan, bir neçə kiatbı artıq bestellere çevrilən azərbaycanlı kulinar facebookda yazdığı statusunda bildirir. Bir çox məşhur rus kanallarında yemək proqramlarının aparıcısı olan məşhur azərbaycanlı kulinarın bildirdiyinə görə o şikayət etmək ücün şikayət kitabçasını tələb etdikdə onun bu təbii hüququnu belə təmin etməyiblər.Hava limanında belə kobudluq və özbaşnalıqla üzləşən kulinar o qədər hiddətlənib ki,o bu kobudluğ edənin və buna göz yuman hava limanının məsul əməkdaşlarının qanuna müvafiq olaraq cəzalanmasını istəyir. Bu məqsədlə o hətta xüsusi olaraq bir də Bakıya gələ bilməsini də istisna etməyib. Oxucularda maraq doğura biləcəyini nəzərə alaraq məşhur kulinarın başına gələnlər haqda yazdığı statusu olduğu kimi sizə təqdim edirik:
“Əziz oxucular,dostlar, Azərbaycana heç bir bağlılığı olmayanlardan çox xahiş edirəm aşaağıda yazdıqlarımı oxumasınlar.Mən Azərbaycanı özünə vətən bilənlərlə məsləhətləşmək istəyirəm.Demək,bacılar və qardaşlar,son illər ərzində mən bir neçə dəfə Azərbaycanda olmuşam.İldən-ilə mən daha da çox ,yaxşı,xeyirxah,qonaqpərvər adamlarla görüşmüşəm.Martın 16-dan mən yaxşı əhval-ruhiyyə ilə Bakıya gəldim.Buna səbəb isə mənim azərbaycan mətbəxi haqda yazdığım kitabımın Fransada birinci yeri qazanması idi ki, biz bu qələbəmizi Parisdən özümüzlə gərtirirdik.Biz bayrama gəlirdik və qələbə diplomu bütün azərbaycan xalqının Novruz hədiyyəsi idi.Biz bütün həftəni bakılıların xoş münasibəti ,qonaqpərvərliyi içində üzdük.Bizim necə yaxşı qarşılanmağımızı sözlə ifadə etməkdə çətinlik çəkirəm.Mən başa düşürdüm ki,bu həm də Azərbaycanın mənim fəailiyyətimə ,mənim vətənə,onun mədəniyyətinə olan məhəbbətimə verilən bir cavab idi.Ancaq bu gün səhər aeroportda elə bir hadisə baş verdi ki,onun təsirindən hələ indiyəcən də özümə gələ bilmirəm.Aviaşirkətin təhlükəsizlik xidmətində işləyən bir oğlan açıqlı sifətlə mənim səbətlərimi tranporterin lentinə tulladı və ded ki,əşyaları göstərdiyi yerə qoyum.Deyiləni təbii ki,etdim. O azərbaycanca danışsa da ,bilmirəm,ya öz dilində danışa bilmədiyindən,yoxsa onun danışığı qəribə idi, axır onun nə dediyini başa düşmədim.Məlum oldu ki,orada iç-içə olan iki səbət var idi və o kobud surətdə “sən”lə danışaraq tələb etdi ki,onlardan birini götürüm.Mən ondan soruşdum ki,mənimlə niyə belə kobud danışır?Axi mən ,heç səbətin iki dənə olmasını görməmişdim.Cavabinda o mənə “bəs səninlə necə danışım,sənin ki,eynəyin var ,görə bilmirsən?”deyə cavab verdi.Mən ondan beycikini göstərməsini,özünü təqdim etməsini tələb etdim.Birinci sənədini göstərməkdən boyun qaçırsa da bir necə dəfə tələb edəndən sonra göstərdi.Mən ona dedim ki,”mən də “asan” adam deyiləm ,şükür et ki,sən xidməti vəzifə başındasan ,əgər başqa vaxtı küçədə mənimlə indiki tərzdə danışsaydın mən boynuvun ardından vurub sənə başa salardım ki,böyüklərlə necə danışmaq lazımdır.”Skandala başqa bir əməkdaş yaxınlaşdı və məndən üzr itəyərək onu yanımdan apardılar,bununla ara soyudu. Ətrafımıza toplaşan şahidlərdən bir-ikisi mənə şikayət kitabçasına şikayət yazmağımı məsləhət gördü.Ancaq mən fikirləşdim k,bu düzgün deyil.Mənim fikrimcə belə adamları heç bazarda pomidor da satmağa qoymaq lazım deyil.Onun bu cür davranışını tutaq ki,mən başa düşürəm,ancaq mənim “Azərbaycan getməli yerdir”məsləhət verdiyim adamlar belə halla rastlaşsalar bizim haqda nə düşünərlər?!Başa düşürsünüz,respublikada içi mən qarışıq bütün mədəniyyət işçiləri,rəhbərlik ,səfirliklərimiz var gücü ilə çalışır ki,ölkənin imici qalxsın ,ancaq belə adamlar aeroportda işləyənəcən elədiklərimizin hamısı boşa gedəcək.Çünki aeroport ölkənin qapısıdır. Belə kobud rəftara bizdən başqa harada rast gəlmək olar?!Bütün normal ölkələrdə ançaq “çox sağ olun ,xoş gəlmisiniz,yaxşı yol,yaxşı uçuş,təşəkkür edirik”eşidirsən.Özü də hamısı da gülərüz olurlar!Nəyə görə bizdə adamların 95% -i özünü normal aparır,ancaq məsul yerlərdə özündən iki yaş böyük olan adama qarşı qaba davranan şəxslər işləyir?Ancaq bununla hələ hər şey qurtarmadı. Şikayət kitabını söz versələr də gətirmədilər.Bunu bilərəkdən etmədilər. Sadəcə bir-iki dənə rəis yaxınlaşaraq məni sakitləşdirdilər.Fikirləşdilər ki,indi təyyarə gedəcək və məsələ də bununla bağlanacaq.Ancaq mən bunu belə qoymayacağam.Mən əminəm ki,mənim borcumdur ki,o cavan oğlanın bir daha belə məsuliyyətli yerlərdə işləməməsinə nail olum. Həmçinin mənə şikayət kitabını verməyən vəzifəli işçilər də çəzalanmalıdırlar.Axı onlar əlbirdilər.Axı şikayət kitabının verilməməsi qanunların birbaşa pozmaq deməkdir.Buna görə də mənim bakılılardan xahişim var.Sizdən xahiş edirəm mənə başa salın ,mən şikayəti hara yazım?Mən vaxtımı bu işə sərf etməyə hazıram və lazım olsa xüsusi olaraq bunun üçün Bakıya bir də gələrəm. Bu biabırçılığın bütün iştirakçılarının adaını və familiyasını yazmışam. Bunu görən adamın telefonu və adı da var məndə.Əgər silinməyibsə bu çox gümüan kameraya da düşüb.Əlbəttə əgər silməyiblərsə.Mən mənə yox, Azərbaycana kömək etməyinizi xahiş edirəm.Söhbət heç də mənim inciməyimdən və ya intiqam almaq istəməyimdən deyil,vətənin şərəfindən gedir.Mən istəyirəm ki,heç kim ölkəyə gələn qonaqların yaxşı təəsüratını,özü də gedəndə korlamasın.Qonağı belə yola salmırlar.Əgər siz bakılı,azərbaycanlı deyilsizsə elementar ehtiram naminə baş vermiş bu hadisəni mənim səhifəmdən kənara çıxartmayın.Belə adamlar hər yerdə var,ancaq millət üçün əsas, onun daha da yaxşı olmağa hazır olmasıdır”.
Xatırladaq ki,məşhur kulinarın müəllifi olduğu və Azərbaycan mətbəxindən bəhs edən “Bazar,qazan və dastarxan” kitabı bu il fevralın 23-də qurmanlar üçün Parisdə kulinariya kitabları yarmarkası çərçivəsində(Paris Cookbook Fair) keçirilən beynəlxalq kitab müsabiqəsində( Gourmand World Cookbook Awards ) “Milli kulinariya” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Bundan başqa qeyd edək ki, Stalik Xankişiyevin kitabları əsasən Şərq mətbəxinə həsr olunur.
Qafqazregion.az