ARDNŞ şefinin Avropadakı “düşməni” hədəfdə
25-03-2013, 15:45
Oxunub: 4 398
Siyasi mühaciri Avropada da dinc buraxmırlar

Bir neçə müddət bundan öncə hakimiyyət orqanları tərəfindən Avropada yaşayan, ictimai aktiv Surxan Lətifovun əlaqələrinin araşdırılması barədə məlumat verilmişdi. Bolgexeber.com-a bu barədə daxil olan son məlumatlardan isə aydın olur ki, bir zamanlar AXCP sıralarında təmsil olunmuş, sonradan isə Avropaya sığınmaq zorunda qalmış Surxan Lətifovun təqibi indi də davam etməkdədir.
Əldə etdiyimiz son məlumatlara əsasən artıq S.Lətifov rəsmən hüquq-mühafizə orqanlarına dəvət olunub. Bu barədə Bolgexeber.com-a danışan mənbənin söylədikləri: “Lakin, məsələnin tam mahiyyəti hələ məlum olmadığı üçün bu barədə geniş informasiya vermək mümkün deyil. Çox güman ki, bu çağırış onun Avropada göstərdiyi fəaliyyətlə əlaqədardır. Belə ki o, Avropada Azərbaycanda insan haqlarının pozulmasına və korrupsiya əleyhinə təşkil edilmiş mitinq və piketlərin əsas təşkilatçılarından biridir”.
Tezliklə məsələnin tam mahiyyətini araşdırmaq üçün S.Lətifovla əlaqə saxlanılaraq onun bu məsləyə münasibəti də öyrəniləcək.
Onu da qeyd edək ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə qarşı Avropada aksiyaların təşkilində də Surxan Lətifov xüsusi fəallıq etdiyindən ona qarşı təqibin də arxasında ARDNŞ şefindən gələn sifarişin durduğu ehtimal olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər