BolgeXeber.Com » Gündəm » Siyəzəndə nə baş verir?

Siyəzəndə nə baş verir?

27-03-2013, 15:55
Oxunub: 4 829 Firma rəhbəri Xəqani Eldarovun rayonun icra başçısı barədə mətbuata məlumat ötürməklə yanaşı, rayonda süni narazılıq yaratmaq istədiyi iddia edilir

Hələ bir müddət əvvəl Siyəzən rayonunda «Siyəzən Broyler» şirkətinin əməkdaşları etiraz aksiyası keçirmişdilər. Onlar tələb edirdilər ki, əmək haqları artırılsın və hüquqları tapdanmasın. Bu olayı yatırmaq üçün rayonun icra başçısı Arif Qasımov isə camaatın qarşısına çıxaraq, onlara vəd vermişdi.
Bu hadisədən bir qədər sonra «Su Kəməri» qəsəbəsindəki Quşçuluq fermasında güclü yanğının baş verdiyi xəbəri yayıldı. Məlum oldu ki, bu yanğın nəticəsində fermada 11500 baş 1 aylıq cücədən 10 mini yanaraq məhv olub. Məsələ ilə bağlı açıqlama verən firmanın rəhbəri Xəqani Eldarov isə bildirib ki, hadisədən sonra sağ qalan toyuqlar da ölməyə başlayıblar.
Lakin Bolgexeber.com-a daxil olan məlumatlarda vurğulanır ki, əslində baş vermiş yanğın hadisəsi təsadüf nəticəsində olub. Amma bundan əlavə firmanın rəhbəri Xəqani Eldarov heç də sakit adam deyilmiş. Belə ki, onun son dönəmlər «Siyəzən Broyler» şirkətinin bazarına girmək istədiyi, hətta son aksiyanı da onun əliylə həyata keçirildiyi vurğulanır. İddaialara görə, Eldarov bazarı ələ keçirmək üçün «Siyəzən Broyler»in işçilərini ələ alaraq, onları aksiyaya təşviq edib,
İşin ən maraqlı tərəflərindən biri isə odur ki, Xəqani Eldarov həmçinin Siyəzənin icra başçısı Arif Qasımova da qarşı iş aparırmış. Belə ki, onun məlum aksiyanı təşkil etməsində məqsədi həm də icra başçısı «vurmaq» istəyi olub. Üstəlik, firma rəhbəri icra başçısına qarşı mətbuatda da geniş kampaniyalar təşkil edən tərəflərdən biri kimi qəbul edilir.