“1001 gecə” ölümlə nəticələnən insidenti törədənlər məhkəmə qarşısında
29-03-2013, 11:10
Oxunub: 5 355
Baş Prokurorluğdan Bolgexeber.com-a daxil olan məlumata görə 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insidentlə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış istintaqla qeyd edilən tarixdə “Makarov” markalı tapança ilə Ramal Bayramovun qəsdən öldürülməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd, Firdosi Bağırov və Zamin Bağırovun isə hədə-qorxu ilə əmlaklarının tələb olunması faktlarına görə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Rəşad Mirələmova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham elan edilməklə cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Həmçinin, qeyd edilən istirahət mərkəzində bir qrup şəxs tərəfindən xuliqanlıq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilib, saxlanılması, daşınması və digər faktlar üzrə Firdosi Bağırov, Elnur Qasımov, Elmar Süleymanov, Səməd Mənsimov, Orxan Məlikov və Şahin Novruzovun Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3 (xuliqanlıq), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-2.1-ci (istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların saxlanılması, istifadəsi) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər