BolgeXeber.Com » Gündəm » Bakı hava limanında Stalik Xankişiyevə qarşı kobudluq edən cəzalandı- FOTO

Bakı hava limanında Stalik Xankişiyevə qarşı kobudluq edən cəzalandı- FOTO

30-03-2013, 10:05
Oxunub: 4 694 Bildiyiniz kimi Novruz bayramı ilə əlaqdar Azərbaycana gələn və Azərbaycan mətbəxi haqqında kitabı Fransada birinci yer tutan dünyaca məşhur kulinar Stalik Xankişiyev ölkəni tərk edərkən Heydər Əliyev adına Hava Limanında təhlükəsizlik xidmətinin əməkdaşının ona qarşı kobudluq göstərmişdir.Bakı aeroportunda səlahiyyətli şəxsin kobud rəftarına məruz qalan məşhur kulinar Stalik Xankişiyev bu barədə hava limanının rəhbərliyinə də şikayət edib. Həmyerlimiz Stalik Xankişiyevin sözügedən məsələ ilə bağlı hava limanının rəhbərliyinə ünvanladığı məktubda qeyd olunur ki,Hava limanının Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşı Turan Tağıyev S.Xankişiyevə münasibətdə özünü çox kobud aparıb və bu cür davranışı ilə nəinki onun əhval-ruhiyyəsini, həmçinin ümumilikdə səfərlə bağlı təəssüratlarını da korlayıb. Bundan başqa məktubda bildirir ki, yaşanmış bu xoşagəlməz münaqişədən sonra aeroportun digər əməkdaşları onu əşyaların yığıldığı məntəqədən uzaqlaşdırmağa vadar ediblər, çünki o yekəxanalıq etməyə davam edib. S.Xankişiyevin şikayət kitabını tələb etməsi də heç bir müsbət nəticə verməmişdir. Qeyd edək ki, S.Xankişiyevin özünün bildirdiyinə görə, aeroport əməkdaşları onunla elektron poçt vasitəsilə əlaqə saxlayıblar və əmin ediblər ki, məsələyə rəhbərlik tərəfindən baxılacaq. Ən acınacaqlısı isə odur ki, məşhur həmyerlimiz Bakıya Novruz bayramını qeyd etmək və Fransada onun Azərbaycan mətbəxinə dair kitabı birinci yerə çıxıdığı üçün gözəl əhval-ruhiyyə ,qələbə hissi ilə gəlmişdir.
“23 mart, 851-ci reys, təyyarə enişinə 6 saylı çıxış. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı Turan Tağıyev əşyaların skanerdən keçirmək üçün yığılması vacib olan səbətlərdən bilmədən birini deyil, ikisini götürdüyüm üçün məni acıladı, hətta mənimlə “sən”lə danışırdı (mənim 51 yaşım var). O dedi ki, “gözündə eynəyin var, bir bax neçə dənə səbət götürürsən.
Mən ona geyiminin altında gizlətdiyi, ad və soyadının yazıldığı yaxa kartını (beyciki) göstərməyi tələb etdim. Elə bu vaxt da söz-söhbət böyüdü. Onun yerinə hava limanının digər əməkdaşı üzrxahlıq etdi, yalnız o vaxt mən onun yaxa kartını görə bildim.
Münaqişədən sonra aeroportun digər əməkdaşları onu əşyaların yığıldığı məntəqədən uzaqlaşmağa vadar etdilər, çünki o yekəxanalıq etməyə davam edirdi”, - S.Xankişiyev məktubunda yazır (surəti həmyerlimizin Facebook şəbəkəsindəki səhifəsində də yerləşdirilib. S.Xankişiyevin şikayət kitabını tələb etməsi də heç bir müsbət nəticə verməyib. “
İki nəfər gəldi (Şükür Mustafazadə və adı Rasim olan digər şəxs), özlərini rəis kimi təqdim etdilər, - S.Xankişiyev yazır, - ancaq şikayət kitabını qəsdən gətirmədilər. Onlar düşünürdülər ki, təyyarə indi havaya qalxacaq, mən də uçacağam və bununla da qalmaqala son qoyulacaq.
Elə şey yoxdur, bu işi belə qoymayacağam.”, - Stalik öz məktubunda bildirir. Və bunları yazır: “Görünür, bu adamlar 90-cı illərin əvvəllərində baş alıb gedən dəhşətdən və nizamsızlıq şəraitindən sonra bugünkü dünya səviyyəli aeroportu yaratmaq üçün Heydər Əliyevin nə qədər səy göstərdiyini yaddan çıxarıblar. Hesab edirəm ki, bu cür məsul vəzifələr belə adamların yeri deyil.
“Mənim fikrimcə belə adamları heç bazarda pomidor da satmağa qoymaq lazım deyil.Onun bu cür davranışını tutaq ki,mən başa düşürəm,ancaq mənim “Azərbaycan getməli yerdir”məsləhət verdiyim adamlar belə halla rastlaşsalar bəs onlar bizim haqda nə düşünərlər?
Mən əminəm ki,mənim borcumdur ki,o cavan oğlanın bir daha belə məsuliyyətli yerlərdə işləməməsinə nail olum.
Həmçinin mənə şikayət kitabını verməyən vəzifəli işçilər də çəzalanmalıdırlar.Axı onlar əlbirdilər.Axı şikayət kitabının verilməməsi qanunların birbaşa pozmaq deməkdir.Buna görə də mənim bakılılardan xahişim var.Sizdən xahiş edirəm mənə başa salın ,mən şikayəti hara yazım?Mən vaxtımı bu işə sərf etməyə hazıram və lazım olsa xüsusi olaraq bunun üçün Bakıya bir də gələrəm. Bu biabırçılığın bütün iştirakçılarının adını və familiyasını yazmışam.”-deyə kulinar Facebookdakı şəxsi səhifəsində yazıb.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Qafqazregionaz.az açıqlamasında onlara Stalik Xankişiyev tərəfindən belə məktubun daxil olduğunu təsdiq edib. “Elektron formada Stalik Xankişiyev tərəfindən bizə məktub daxil olub. Sözügedən hadisə ilə bağlı mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin bildirdiyinə görə, xidmətin sözügedən əməkdaşı Turan Tağıyev insidentin araşdırılması müddətində öz vəzifəsindən kənarlaşdırılıb.
Biz şikayəti Təhlükəsizlik İdarəsinin rəisinə göndərmişik. Adi müraciətlərə bir ay ərzində cavab verilir, amma məktub elektron formada daxil olduğu üçün təcili cavab veriləcək.Biz S.Xankişiyevin müraciətinə müvafiq olaraq, xidməti araşdırma aparırıq. Heç kəsin nə Azərbaycan vətəndaşları, nə də ölkəmizin qonaqları ilə kobud rəftar etməyə ixtiyarı yoxdur”- deyə, M.Səfərli bildirib.
Hava limanı təhlükəsizlik şöbəsindən isə artıq S. Xankişiyeva məktubuna cavab verilib. Məktubda qeyd edilir ki, qaldırılmış məsələ ilə bağlı Heydər Əliyev adına Hava Limanın təhlükəsizlik şöbəsini tərəfindən araşdırma başlanılıb. “Qeyd edilən şəxslər aşkar edilib və istintaq zamanı onlar vəzifəsindən uzaqlaşdırılıb. Həftənin birinci günü, yəni aprelin 1-də sizə istintaqın cavabı veriləcək”.
Xatırladaq ki,məşhur kulinarın müəllifi olduğu və Azərbaycan mətbəxindən bəhs edən “Bazar,qazan və dəstərxan” kitabı bu il fevralın 23-də qurmanlar üçün Parisdə kulinariya kitabları yarmarkası çərçivəsində(Paris Cookbook Fair) keçirilən beynəlxalq kitab müsabiqəsində( Gourmand World Cookbook Awards ) “Milli kulinariya” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Bundan başqa qeyd edək ki, Stalik Xankişiyevin kitabları əsasən Şərq mətbəxinə həsr olunur.
Qeyd edək ki,S. Xankişiyev 1962-ci ildə Özbəkistanın Fərqanə şəhərində anadan olub,ancaq hal-hazırda Moskvada yaşayır.Məşhur kulinarın atası azərbaycanlı, anası isə almandır. O, həm yazıçı, həm yaxşı fotoqraf və eyni zamanda Şərq mətbəxini gözəl biliocisi olan aşbazdır. O peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur. S. Xankişiyev həmçinin Bir çox rus kanallarında məşhur yemək proqramlarının aparıcısı olub. Stalik Xankişiyevin milli mətbəximizə həsr edilmiş bir neçə kitabı var və bu kitablar Azərbaycan mətbəxinin zənginliyindən, onun çox çeşidli olmasından bəhs edir