Amerika Azərbaycan hakimiyyətinə çağırış etdi
5-04-2011, 12:30
Oxunub: 7 553

“Bu hüquqlara hörmət önəmlidir”
ABŞ-ın Azərbaycandakı səfirliyi müxalifətin aprelin 2-də keçirdiyi mitinqlə bağlı açıqlama yayıb. Bolgexeber.com məlumatına görə, açıqlamada bildirilir ki, 2 apreldə Bakının mərkəzində müxalifət qruplarının dinc nümayişinin qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, o cümlədən planlaşdırılan nümayişdən öncəki günlərdə müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır.
ABŞ Azərbaycan hökumətini Azərbaycan Konstitusiyasında, habelə beynəlxalq insan hüquqları üzrə hüquqi aktlarda, o cümlədən ATƏT öhdəliklərində təsbit olunmuş bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etməyə çağırır:
“Bu hüquqlara hörmət önəmlidir, çünki, bu, istənilən cəmiyyətdə vətəndaşlarla onların hökuməti arasında bu və ya digər şəkildə müəyyən dialoqa təşviq edir ki, bu da müsbət dəyişiklik və demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır".
ABŞ səfirliyi nümayişlərlə əlaqədar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq və şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağır.
Aprelin 4-də ATƏT də müxalifət aksiyasına münasibət bildirib. ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel bildirib ki, aprelin 2-də keçirilən nümayiş zamanı polisin bəzi hallarda həddən artıq güc istifadə etməsi müşahidə edilib. Qeyd edib ki, “ümumi sayı 1000 nəfəri ötməyən bir toplantı zamanı 174 nəfərin saxlanması həddən artıq böyük rəqəmdir”.
Aprelin 2-də İctimai Palata Bakının mərkəzində icazəsiz aksiya keçirib. İctimai Palata son parlament seçkilərindən sonra yaradılıb. Bura bir neçə müxalifət partiyası, QHT-lər və ayrı-ayrı fərdlər daxildir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər