Sabirabadda vərəm xəstəsi olan gənci əsgər aparıblar
1-04-2013, 12:45
Oxunub: 5 926
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin həkimi Rasim uzun illər müalicə alan rayon sakininə acımayıb, Mirnağı Həsənov ağır vəziyyətdə qospitala aparılıb
Azərbaycan Ordusunda baş verən olaylar son dövrlər əndazədən çıxmağa başlayıb. Davamlı olaraq ölüm hallarına, indi də xəstəliyi olan gənclərin ağır vəziyyətdə qospitallara daşınması da əlavə olunmaqdadır.
Bolgexeber.com-a daxil olan məlumata görə, bu gün Sabirabad rayon Hərbi Komissarlığından əsgərliyə çağırılmış Mirnağı Həsənov ağır vəziyyətdə Bakıdakı Hərbi Qospitala çatdırılıb. Onun yaxınlarının verdiyi məlumata görə, əsgər Həsənovun ağır duruma düşməsinə səbəb onun kəskin vərəm xəstəsi olması və ağ ciyərində 17 iri ləkənin mövcudluğu olub.
Əsgərin qohumları onu da bildirib ki, Mirnağı Həsənov hələ xeyli müddət imiş vərəm xəstəliyindən əziyyət çəkirmiş. Hətta onun hərbi xidmətə qədər dönəmdə bir neçə dəfə vərəmdən müalicə aldığı da verilən məlumatlar sırasında var. Hazırda əsgərin durumunun heç də yaxşı olmadığı bildirilir.
Bu əsnada o da məlum olub ki, Mirnağı Həsənovun vərəm olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Həkim Komissiyasının üzvü Rasim həkimə də məlumat verilib. Lakin o, heç nəyə məhəl qoymadan gənci hərbi xidmətə yararlı hesab edib. Əsgərin valideynləri bildirir ki, məhz Rasim həkimin səhlənkarlığı üzündən Mirnağı hərbi xidmətə aparılıb və orada vərəmin ağır formasına tutulub.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər