Gömrükdə daha bir rüşvət faktı – ŞİKAYƏT
29-05-2019, 14:39
Oxunub: 6 171
Dövlət Gömrük Komitəsi mütəmadi olaraq açıqlamalar yayıb, gömrükdə şəffaflığın tam olaraq təmin olunduğunu bildirsə də, vətəndaşların gömrük orqanları ilə bağlı şikayətləri günü-gündən artır
Belə şikayətlərdən biri bu günlərdə vətəndaş Paşayev Fəxrəddin Çoban oğlu tərəfindən Qaynarinfo-ya ünvanlanıb.
Fəxrəddin Paşayev bildirib ki, mayın 1-də Gürcüstandan alınan “Ford Fusion” avtomobilinin rəsmi qeydiyyatı üçün ondan 902 manat rüşvət alınıb. Belə ki, buraxılış ili 2013 olan avtomobili 5500 dollara alan vətəndaş DGK-nin rəsmi internet saytından “Xaricdən Azərbaycana gətirilən minik avtomobillərinin gömrük rüsumunun hesablanması cədvəli”ndə sözügedən maşının 4461,90 manat rüsum haqqı olduğunu hesabladığını deyir. Lakin avtomobil gömrükdən keçərkən Abbas adlı komitə işçisi ondan 5295 manat tələb edir. Vətəndaş haqqını müdafiə etməyə çalışsa da, bacarmır və kassaya tələb olunan məbləği ödəmək üçün yaxınlaşdıqda 68 manat da vergi haqqı ilə qarşılaşır.
Şikayətçi tələb olunan bütün məbləğləri ödəsə də, məsələnin ictimailəşdirilməsini və bu kimi halların aradan qaldırılmasını tələb etdiyini bildirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər