Qax camaatı hələ də ümid edir ki... - Deputatdan GİLEY
3-06-2019, 13:42
Oxunub: 7 308
ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub
Aqil Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qax rayonu ictimaiyyəti – rayon icra strukturlarının rəhbərləri, məktəb kollektivləri, sıravi qaxlılar şəhid Aqil Omarovun dəfnində və yas mərasimində yaxından iştirak ediblər. Diqqəti çəkən məqam və qaxlıların ən çox gözlədikləri məsələ isə Qax rayonundan deputat seçilmiş Azər Kərimlinin bu günlərdə rayonda görünməməsi oldu.
Azər Kərimli nəinki şəhidin dəfnində iştirak etmədi, hətta mərhumun yas mərasimlərində Qaxa gəlmədi və bu barədə ümumiyyətlə mətbuata hər hansı bir açıqlama vermədi.
Qax sakinləri sosial şəbəkələrdə ən çox bu barədə fikirlərini bölüşür və Azər Kərimlinin artıq uzun illərdir davam edən bu laqeyd münasibətini anlaya bilmirlər.
Qaxlılar ümid edir ki, deputat Azər Kərimli bundan sonra Qax camaatının ağrılı-acılı günlərində qaxlıların yanında olacaq və bir deputat kimi öhdəsinə düşən vəzifəni vicdanla yerinə yetirəcək…
Mənbə: Qax.org.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər