Azərbaycanda bir qrup jurnalist qəzaya düşdü
2-04-2013, 16:35
Oxunub: 4 910
Onların olduğu maşın Ağcəbədi rayonunda kanala düşüb
Prezident seçkisi ilə bağlı sorğu keçirmək üçün rayonlara gedən bir qrup jurnalist avtomobil qəzasına düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə martın 31-də Ağcəbədi rayonunda baş verib. Qəzaya uğraya maşında “525-ci qəzet”in əməkdaşları Bəxtiyar Məmmədli, Tural Həsənov, “Palitra” qəzetindən Fuad Hüseynzadə olub.
Jurnalistlər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına daxil olan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin xətti ilə rayonlarda sorğular keçirirlər. Sorğunun məqsədi prezident seçkisi ərəfəsində ölkədəki real vəziyyəti, sosial-iqtisadi problemləri, hakimiyyət və müxalifət namizədlərinin şanslarını, ölkədə inqilabı vəziyyət yaranacağı halda xalqın buna münasibətinin necə olacağını öyrənməkdir. Sorğu bütün ölkəni əhatə edir.
Jurnalistlər Ağcəbədinin Şənlik kəndində sorğu keçirib geri qayıdan zaman əyləşdikləri avtomobil qəzaya uğrayıb. Sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq kanala düşüb. Nəticədə jurnalistlər xəsarət alıblar, onlardan ikisinin Tural Həsənov, Fuad Hüseynzadənin vəziyyəti daha ağır olub. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və xəsarət alanlar Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Orada jurnalistlər ilkin tibbi yardım göstərilib və Bakıya yola salınıblar.
Jurnalistlər hadisə barədə dərhal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbərliyinə məlumat veriblər. Təşkilatçılar qəza haqda mətbuata məlumat verməməyi tapşırıblar və müalicə xərclərini ödəyəcəklərinə söz veriblər. Nəticədə hadisə mətbuatdan gizlədilib. Hazırda jurnalistlərin müalicəsi ev şəraitində davam edir
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər