Səbailin icra başçısı vəzifəsindən alınır
4-04-2013, 09:25
Oxunub: 5 425
Yaxın günlərdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tutduğu postdan azad ediləcək və onun yerinə keçmiş deputat Anar Axundov təyin ediləcək. Bu məlumatı dia.az-a çatdıran mənbə bildirir ki, Asif Əsgərovla bağlı qərarın verilməsi əslindən əvvəlcədən gözlənilirdi, lakin qarşıdan gələn seçkilərlə bağlı tədarük planı Bakının mərkəzi rayonunun rəhbəri postunda dəyişikliklərin erkənliyini zəruriləşdirib.
Mənbəmiz iddia edir ki, Asif Əsgərovla yanaşı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın daha bir neçə icra başçısı da davamlı surətdə vəzifələrindən azad ediləcək. Məlumdur ki, bir müddət əvvəl Asif Əsgərovun milli kimliyi məsələsi də mətbuatda müzakirə olundu və onun ermənilərlə qohumluq əlaqələrindən yazıldı.
Daxil olan məlumatlara görə, məhz bu kimi səbəblər hakimiyyətin yeniləşmiş siyasətində ciddi prioritet təşkil edəcək. Onu da xatırladaq ki, Anar Axundovun bir müddət əvvəl PA-ya vəzifəyə gətirələcəyi haqda yerli mətbuatda informasiyalar yayılmışdı. Amma indi aydın olur ki, keçmiş millət vəkilinə icra başçısı postu həvalə edilir.
Onu da bildirək ki, buna qədər də keçmiş deputatlarla bağlı təyinatlar olub. Məsələn, Masallıdan deputat olmuş Əhəd Abıyev bu gün Daşkəsən rayonuna rəhbərlik edir. Və eləcə də sabiq millət vəkillərindən daha birisinin - Hüseyn Abdullayevin də icra başçısı təyin ediləcəyi söylənilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər