Azərbaycanda bir çox məmurlar falçıların qapılarında qalıb
5-04-2013, 16:50
Oxunub: 5 280
Gələcəyini bilmək şövqü bəzilərini ölkə xaricinə də çəkib aparıb
Qarşıdan seçkilər gəlir. Bu seçki ilində hakimiyyətin yuxarı eşalonu ilə yanaşı, orta heyətində də ciddi yenilənmələrin baş verəcəyi şübhəsizdir. Elə bu şübhəsizlik mühitinin təsiridir ki, az qala yüzlərlə məmurun həyəcan içində öz aqibətlərinin hansı axarla inkişaf edəcəyi marağında olduğu söylənilir. Dia.az-ın əldə etdiyi bilgilərdən belə məlum olur ki, məhz qeyd olunan əndişə nədənindən, gələcəyini öyrənməyə daha həvəsli olan məmurlar bəlkə də dəstə-dəstə falçı, ekstrasens qəbuluna tələsirlər.
Mənbəmizin söylədikləri: «Bu gün «məmur xəstəliyi» deyilən məfhumlar peyda olub. Yəni Azərbaycanda məmursansa, şəkər, qan təzyiqi, nevroz kimi xəstəliklərdən birinə mütləq tutulmalısan ki, bu səbəbdən hər üç xəstəliyə «məmur xəstəliyi» deyilir. Yəni hər zaman həyəcan və gərginlik içində olan məmur heyəti bu seçki ilində daha təlaşlı görünür ki, bu da anlaşılandır. Yəni son aylarda cərəyan edən olaylar və bu olaylar fonunda hətta dünənə qədər sözünün kəsəri ilə fərqlənmiş bir deputatın qollarının qandallanması faktı da təsdiqlədi ki, kimsə üçün vəzifəsi əbədi deyil və kiminsə mandatının arxasında gizlənməsi də imkansızdır».
Mənbəmiz əlavə etdi ki, məhz bu kimi səbəblər son günlər falçıları və ekstrasensləri məmur heyəti üçün cəlb edici edib: «Bu gün hətta çox ciddi və nüfuzlu məmurlar da «öncəgörən servisi»nə müraciət edir. Burada ad çəkməyə lüzum yoxdur. Amma faktdır ki, hətta Zirəddinin yanınan Moskvaya gedənlər də var. Hətta eləsi də var ki, özü açığa çıxmayıb, sadəcə olaraq şəklini yollayıb, gələcəyini araşdırtdırır».
Hər halda, biz də məmurlarımızın narahatçılığını başa düşürük. Amma onların belə bir əndişədə yalnız indiki məqamda yox, hər zaman bulunmaları daha doğru olmazdımı? Çünki daha böyük sınaq - Allah qarşısında sınaq da var axı… Nədən bu sınağın qorxusu ilə yaşamırlar? Ola bilsin ki, bu gün hansısa formada etdiklərinin müqabilini ödəmədin, amma Allah dərgahında bu «olabilsinlər» yoxdur…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər