Göygöldə məktəb direktoru intihara cəhd edib
6-04-2013, 10:00
Oxunub: 4 935
Göygöl rayonunun Yeni Qızılca Stansiyası kənd orta məktəbinin direktoru damarlarını kəsərək intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından apa-nın məlumatına görə məktəb direktoru, 1964-cü il təvəllüdlü Fəxrəddin Abbasov sol biləyinin dərin kəsilmə diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Qan itirən xəstəyə tibbi yardım göstərilib və onu həyata qaytarmaq mümkün olub. Məlumata görə, məktəb direktoru olan Gəncə şəhər sakini Fəxrəddin Abbasov işlədiyi orta məktəbdə iş otağının qapısını bağlayaraq intihar etmək istəyib. Bu məqsədlə sol bilək damarlarını kəsib. Qapını qırıb içəri daxil olan məktəbin işçiləri onu dərhal xəstəxanaya çatdırıblar.
Göygöl rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. İntihara cəhdin səbəbləri müəyyənləşdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər