Maşınla iki qadını vuran millinin oyunçusu hazırda top qovur
7-04-2013, 09:55
Oxunub: 4 460
Bir neçə gün əvvəl Bakıda maşınla iki süpürgəçi qadını vuran futbolçu Araz Abdullayevin futboldan uzaqlaşdırılması ilə bağlı xəbərlər təsdiqlənmədi. - Məlumata görə, Araz Abdullayev bu dəqiqələrdə "Neftçi"nin "Qarabağ"a qarşı keçirdiyi oyunda iştirak edir. O, 17 nömrəli forma ilə əsas heyətdə meydana çıxıb.
Qeyd edək ki, Araz Abdullayev martın 28-də "Neftçi"nin bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qadın musavat.com-a bu gün verdiyi açıqlamasında hadisəni törədən sürücünün onunla maraqlanmadığını bildirib.
Araz Abdullayev hadisədən sonra saxlanılsa da, sonradan “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılıb. Futbol üzrə Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi xeyli müddət yaşıl meydanlardan kənarda qalacağı deyilirdi. Onun məhkəmə işi tamamlana qədər futbol oynamayacağı gözlənilirdi. Bu haqda qərarı “Neftçi” klubunun rəhbərliyi qəbul etmişdi. Amma Araz Abdullayevin hazırda meydançada olması onu deməyə əsas verir ki, bu qərardan imtina edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər