“Diana beac" qutaba görə ekspertdən 100 AZN depozit istədi-ŞİKAYƏT
23-07-2019, 12:06
Oxunub: 4 218
Təhsil eksperti Kamran Əsədov “facebook” hesabında paylaşım edərək “Diana beac novxani personali” adlı restorandan şikayətlənib.
Bolgexeber.com-un xəbərinə görə, şikayətə səbəb müştərinin nə sifariş verməsindən asılı olmayaraq restoran tərəfindən 100 manat depozit tələb edilməsidir:
“Deməli, Corata gəlmişik ki, bir çay içib, buranın qutabını yeyək. Oturanda dedilər ki, bəs nə yesəz, yeməsəz 100 manat depozit ödəməlisiz. Belə çıxır ki, sizin cibinizdə 50 manat pulunuz varsa, ödəyəcəyiniz hesab 20 manat belə olsa, istirahət edə bilməzsiz? 20 manatlıq ye, amma 100 manat ödə?”
Depozitin hansı hallarda tələb edilməsi və necə tənzimlənməsi barədə “Report”a açıqlama verən ekspert Samir Dübəndi bildirib ki, depozit qəbul edilmiş ödəniş qaydasıdır:
“Lakin depozitin hansı hallarda tələb edilməsi məsələsi var. Müştəri hər hansı bir restorana çay içməyə, nahar etməyə gəlirsə, ondan depozitin alınması təəccüblü səslənir. Bu, qeyri-peşəkarlıqdır. Əgər kimsə banket sifariş veribsə, burada təbii ki, depozit işləməlidir. Çünki müəssisə tədarük görür, lazımlı malları alır və s. Amma adi müştəriyə çay içməyə, yemək yeməyə görə depozit istənilməsi düzgün deyil. Biz həmin sahibkarlara müraciət edirik ki, belə işlərdən uzaq olsunlar. Son bir neçə ildə turizmin inkişafı ilə əlaqədar dövlət bu sahəyə xüsusi qayğı göstərir. Ölkəyə gələn turistlərin sayı və coğrafiyası daha da genişlənir. Buna görə də ictimai iaşə obyektlərinin sayı da artır. Son illər bu biznesə əl atanların içərisində işi bilən adamlar da var, bilməyənlər də. Kim eşidir ki, turistdən pul qazanmaq olar, baş vurur bu biznesə və ondan sonra belə qeyri-peşəkar situasiyalar yaranır. Yalan qiymətlər ortalığa çıxır. Hətta bir ara siqnallar gəlirdi ki, ikili menyu tətbiq edilir. Xaricilərə bir menyu, yerli sakinlərə bir menyu təklif edilirdi. Bu kimi məqamların qarşısını almaq çətindir. Hər halda müəyyən tənzimləyici mexanizmlər olmalı, aktlar tərtib edilməlidir. Dövlət, ictimai qurumlar tərəfindən tənzimlənməlidir. Biz də monitorinqlər keçiririk, amma bizim səlahiyyətimizdə hər hansı təsir mexanizmi yoxdur. Biz, sadəcə, kütləvi informasiya vasitələri ilə tövsiyələr edirik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər