"Ulduz taksi" fırıldağı - müştəridən 2 qat pul aldılar
3-08-2019, 12:47
Oxunub: 4 720
Bakıda fəaliyyət göstərən taksi şirkətləri ilə müştərilər arasında dəfələrlə ödəniş barədə problemlər yaranır
Ya operatorun müştəriyə göstərdiyi qiymətlə ünvana çatdıqda sürücünün tələb etdiyi məbləğ fərqli olur, ya da operatorlar eyni marşrut üzrə hər dəfə fərqli məbləğlərin ödənilməsini tələb edirlər.
Musavat.com xəbər verir ki, bu cür problemlərdən biri də "Ulduz taksi" (*5000) ilə müştəri arasında yaşanıb.
Belə ki, müştəri Nardaran çirmərliyindən Sabunçu qəsəbəsinə taksi sifariş verib. Dəfələrlə eyni istiqamətdə ödəniş 7-8 manat civarında olub. Digər taksi xidmətlərində də bu məbləğ bir neçə qəpik fərqli olur.
Lakin bu dəfə "Ulduz taksi" müştəridən 7 manat 90 qəpik ödəniş əvəzinə 14 manat istəyib. Səbəbi taksi şirkəti izah edə bilmir.
Sürücü isə deyir ki, şirkətdən deyilən qiymət bu qədərdir. Taksi şirkəti müştəriyə taksi təyin olunması ilə bağlı göndərdiyi mesajda marşurut üzrə ödənməli olan məbləği göstərməyib.
Müştəri Nardaran çimərliyindən 5 nəfərlik taksi sifariş verib. 4 nəfər böyük, bir nəfər isə uşaq olduğu sifariş edilərkən operatora bildirilib.
Sifariş yerinə tutumu 4 nəfər olan "Mercedes" markalı, 90 EJ 212 dövlət nömrə nişanlı avtomobil göndərilib. Müştəridən uşağın arxa oturacaqda 3 nəfər sərnişinin yanında otura biləcəyi deyilib. Mənzil başına çatdıqda isə müştəridən 14 manat ödəniş tələb edilib. Müştəri isə məbləğin iki dəfə artıq olduğunu desə də sürücü bu qiyməti şirkətin müəyyən etdiyini deyib.
Daha sonra şirkətlə əlaqə saxlanılıb. Operator bu problemlə bağlı əvvəlcə bildirib ki, sifariş olunan taksi guya 5 nəfərlik olub. Halbuki 5 nəfərlik maşınlarda belə ödəniş bu qədər fərqlə olmur. Yəni, 2 dəfə baha...
Operatora sifariş yerinə göndərilən maşının 5 nəfərlik olmadığı deyildikdə cavab olaraq bildirib ki, sürücü 5 nəfəri götürə bilməz.
Yenidən operatora izah edilib ki, artıq mənzil başına çatılıb və sürücü qeyd edilən məbləği alıb. Operator isə izah edə bilmədiyini anlayıb və etiraf edib ki, sürücüyə 7 manat 90 qəpik pul ödənilməli imiş...
Operator bu problemi sürücü ilə danışaraq həll edəcəyini desə də bu vaxta qədər heç bir izah verilməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər