«İstintaq cinayətkarı tapmaq əvəzinə, məni susdurmağın yolunu axtarır»
9-04-2013, 17:10
Oxunub: 6 360
Vasif Turan: «Mənə uşaqlarımın qanı müqabilində nələr təklif etdildiyini yaxın günlərdə açıqlayacam»

2011-ci ilin oktyabrında Qobudakı evinin yanması nəticəsində iki uşağını itirmiş Bolgexeber.com saytının rəhbəri Vasif Turan yeni açıqlamalar verib. Baş redaktor bildirib ki, uşaqlarının ölümü ilə bağlı aparılan istintaq işi tamamilə dayandırılıb və istintaq orqanları heç bir nəticə əldə etməyiblər.
O qeyd edib ki, övladlarının dünyasını dəyişməsinin sui-qəsd olduğuna tam əmindir və bununla bağlı apardıbı araşdırma nəticəsində bir sıra məlumatlar əldə edib. «Mən əminliklə deyirəm ki, uşaqlarımı qəsdən öldürüblər. Bununla bağlı artıq əlimizdə tutarlı faktlar da var. Eyni zamanda, bəzi addımlar atmağa çalışan dairələrin də kimliyini dəqiqləşdirmişik. Onların uşaqlarımın qanına görə təklif etdiklərini də açıqlayacam. Bu adamlar o qədər vicdanlarını itiriblər ki, hətta ən iyrənc vasitələrə belə əl atmağa başlayıblar».
Vasif Turan vurğulayıb ki, istintaqın obyektiv araşdırılmaması da gün kimi aydındır. Və bununla bağlı onun bir sıra tələbləri var. «Tələblərim odur ki, istintaq obyektiv və ədalətləi şəkildə aparılsın. Uşaqlarımın qatilləri tapılsın və eskumasiya keçirilsin. Tam əminliklə deyirəm ki, əgər eskumasiya aparılarsa, o zaman cinayətin izinə rahatlıqla düşə biləcəklər. Mənə elə gəlir ki, istintaq orqanlarını da susduran qüvvələr var və onlar nəyin bahasına olursa, olsun bu işi ört-basdır etmək istəyirlər. Elə istintaq da onların istəyi ilə oturub-durur. Əvvəlcə FHN-in İstintaq İdarəsi oyunbazlıq etdi və işi elə bir hala saldı ki, az qala mənim özümü günahkar çıxarsınlar. Ardından Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində araşdırma aparıldı. Onlar da guya, istintaq aparırmışlar kimi davrandılar və axırda da FHN-in verdiyi rəyi verdilər. Bunlar insan taleyi ilə oynayırlar. Dəhşətli hal odur ki, istintaq cinayətkarı tapmaq əvəzinə, məni susdurmağın hüquqi yollarını axtarır».
Baş redaktor qeyd edib ki, əlində olan məlumatları ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı keçirməyi planlaşdırır. Həmin açıqlamasından sonra tələblərinin yerinə yetiriləcəyini gözləyəcək. Əgər tələbləri yerinə yetirilməzsə başqa vasitələrə əl atacaq. «İlk addımım aclıq aksiyası keçirməkdən ibarət olacaq. Daha sonra üçün də addımlar müəyyənləşdirmişəm. Hələlik bu barədə açıqlama vermək istəmirəm».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər