Ermənistanda təşviş: Azərbaycan hərbçiləri mövqelərimizə yaxınlaşıblar
11-04-2013, 09:00
Oxunub: 4 954
Ermənistanın bəzi kütləvi informasiya vasitələri təxribat xarakterli məlumat yayıblar. ans press-in News.am saytına istinadən verdiyi məlumata görə, Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bir qrup azərbaycanlı hərbçinin Tavuş vilayətindəki erməni mövqelərinə yaxınlaşdığını iddia edib. Ovannisyan erməni hərbçilərin atəş açdıqlarını bildirib.
Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq bu və ya buna bənzər xarakterli təxribati məlumatlar yayaraq diqqəti atəşkəsi pozmaları məqamından yayındırmağa çalışır.
Xatırladaq ki, ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu ayağından güllə yarası alıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər