BolgeXeber.Com » Gündəm » Bakıda müştəri restoranın gender bərabərliyini pozmasından şikayətlənir

Bakıda müştəri restoranın gender bərabərliyini pozmasından şikayətlənir

3-09-2019, 17:13
Oxunub: 6 601 Bakıda müştəri restoranın gender bərabərliyini pozmasından şikayətlənirSosial şəbəkədə müştəri Bakıda yerləşən “Paris Bistro” restoranının gender bərabərliyini pozmasından şikayətlənib.

“Report”un xəbərinə görə, şikayətçi iki dostu ilə həmin restoranda əyləşmək üçün içəri daxil olub. Lakin ofisiant onları qapıda qarşılayaraq restoranda oturmaq üçün hər birinin 25 manat ödəməli olduğunu deyib: "Bunun yeni qayda olub-olmadığını soruşdum, cavab olaraq dedi ki, "xeyr, əvvəldən bizdə belə olub".

Telefon nömrələrinə zəng etdim və aydın oldu ki, 25 manat depozit ödəməli olmağımıza səbəb bizim oğlan olmağımızdır. Telefonda danışan şəxs dedi ki, hətta 10 nəfər kişi ilə 1 nəfər qadın gəlsəydi depozit istənilməyəcəkdi. Bu da şəhərin ən müasir kafelərindən birində olan "gender ayrıseçkiliyi". 4 nəfər kişi bu restorana gediriksə, minimum 100 manat ödəməliyik. Nəyə görə? Kişi olduğumuza görə?”.

“Report” ittiham olunan “Paris Bistro” restoranı ilə əlaqə saxlayıb. Rertorandan fakt təsdiqlənib: “Bəli, depozit restoranın terrasına tətbiq edilir. Əgər axşam 6-dan sonra 3 nəfər bəy gələrsə, adambaşı 25 manat ödəməlidirlər. Amma yanlarındakı 4-cü şəxs xanım olarsa, depozit tətbiq edilmir. Bu restoranın daxili qaydasıdır və başqa məsələlər var”.
Bakıda müştəri restoranın gender bərabərliyini pozmasından şikayətlənir