Ağdamda müavini icra başçısına qarşı
11-04-2013, 17:20
Oxunub: 7 399
Həsən Sarıyevin kadrı olan Zülfüqar Qasımov Nizami Sadıqova qarşı kampaniya aparır
Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfüqar Qasımovun icra başçısı Nizami Sadıqova qarşı kampaniya apardığı üzə çıxıb. Bolgexeber.com-a verilən məlumatda deyilir ki, Qasımov uzun illər Həsən Sarıyevlə birlikdə işləyib və Ağdamın keçmiş icra başçısı da yenisi ilə qatı düşməndir.
Məlumatda vurğulanır ki, Həsən Sarıyev hətta bir neçə dəfə rayonda Nizami Sadıqov əleyhinə aksiyalar təşkil etməyə də çalışıb. Bu zaman onun rayon müxalifətindən istifadə etdiyinə dair də məlumatlar mövcuddur. Zülfüqar Qasımov isə Həsən Sarıyevin «çörəyini» yediyindən yenə də ona kömək etmək fikrindədir və bu zaman bəzi vasitələrə əl atıb.
Məlumatda deyilir ki, Z.Qasımov bəzi mətbuat orqanlarında Nizami Sadıqovun «vurulması»nı təşkil edir. Bu azmış kimi, rayonda yeni icra başçısına qarşı da kampaniya təşkil edir və onun fəaliyyəti haqqında mənfi rəy formalaşdırır. Bu azmış kimi, rayondakı narazı qüvvələri də öz ətrafında toplayan birinci müavin bu şəkildə Həsən Sarıyevin «qisasını» Nizami Sadıqovdan almağa çalışır.
Məlumatlarda deyilir ki, Zülfüqar Qasımov zəif fiqru deyil. Onun atasının uzun illər rayonda vəzifələrdə işləməsi, habelə qardaşı Qasım Qasımovun hal hazırda ölkə miqyasında həyata keçirilən tikinti işlərində önəmli fiqurlardan biri olması toxunulmaz şəxs statusunu təmin etməyə imkan yaradır.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər