“Mixailo” öldü
12-04-2013, 09:35
Oxunub: 6 476
Xalq artisti Nodar Şaşıqoğlu bu gün dünyasını dəyişib. lent.az-ın verdiyi məlumata görə, acar əsilli xalq artisti Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib. N.Şaşıqoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, xalq artisti Nodar Şaşıqoğlu 1927-ci ildə Tiflisdə anadan olub. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Şukin adına Teatr İnstitutunu bitirib. Daha sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib.
İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İskəndərbəyov haqqında çəkilən filmdə oldub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fateh obrazını yaradıb. Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb və bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.
“Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Səhər”, “Bimiz küçə”, “”Telefonçu qız”, “De ki məni sevirsən!” və.s filmlərdə biri-birindən maraqlı obrazlar yaradıb.
Allah rəhmət eləsin.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər