İş adamı İlhamə Quliyevadan borcunu almaq üçün görə Bakıya gəlir
12-04-2013, 12:15
Oxunub: 5 367
“Məhkəmə işinə başlaması üçün vəkilimə etibarnamə verməliyəm, ona görə də Azərbaycana gələcəm”
Rusiyada yaşayan azərbaycanlı iş adamı Mirəşrəf Fətiyevlə xalq artisti İlhamə Quliyeva arasındakı borc qalmaqalı səngimir. İş adamı mətbuatda İlhamə Quliyevanın ona 35 min dollar borcu olduğu barədə açıqlamalarla çıxış etdikdən sonra müğənni ittihamları qəbul etmədiyindən M. Fətiyev məsələni məhkəmə yolu ilə həll edəcəyini bildirib.
O, açıqlamasında deyib ki, artıq borc məsələsini hüquq müstəvisində həll etmək üçün vəkil də tutulub: “Ramiz adlı vəkil hazırda bu məsələ ilə məşğuldur. Bütün lazım olan sənədlər ona çatdırılıb. Ancaq məlumat almışıq ki, xarici ölkələrdə verilən etibarnamələr Azərbaycanda qəbul olunmur, ona görə də özüm Azərbaycana gəlib etibarnamə verəcəyəm. Hazırda bu istiqamətdə iş gedir”.
Mətbuata açıqlamalardan sonra İlhamə Quliyevanın onunla əlaqə saxlamadığını deyən M. Fətiyev buna çox təəccübləndiyini də qeyd edib: “İlhamə xanım mənim də, yoldaşımın da telefonunu bilir. Ancaq maraqlıdır ki, bu barədə xəbərlərdən sonra mənə bir dəfə də olsun, zəng etmədi. Əgər xəbərlərə inanmırdısa, heç olmasa zəng edib, soruşa bilərdi. Mən də gözləyirdim ki, o, mənimlə əlaqə saxlayacaq”.
Aprelin 15-dən sonra Azərbaycana gələrək vəkilə etibarnamə verəcəyini deyən M. Fətiyev mətbuat orqanlarında borc qalmaqalının Nazpəri Dostəliyeva ilə əlaqələndirilməsi məsələsinə bir daha aydınlıq gətirib. Qeyd edək ki, bəzi mənbələr N. Dostəliyevanın qohumunun M. Fətiyevin evində çalışdığını da bildirib.
M.Fəthiyev AzNews.az-a açıqlamasında “4-5 il əvvəl bizim evimizdə Nazpəri xanımın uzaq bir qohumu işləyirdi. Onu mən özüm Nazpəri xanım olmadan tapmışdım. Yaşlı qadın idi, ancaq 4 ildir ki, o xanım gedib” deyə vurğulayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər