Gülər Əhmədova üçün kamerada super şərait yaradılıb
13-04-2013, 13:45
Oxunub: 5 703
“Bir daha bildirirəm ki, Gülər Əhmədova üçün Bakı İstintaq Təcridxanasında xüsusi imtiyazlar yaradılıb. Onun otağı mebel, soyuducu, televizor və s. avadanlıqlarla təhciz edilib (mən yalan deyirəmsə qrup təşkil etsinlər monitorinq aparaq). Şəxsi istifadəsində mobil telefon var (istəyirlərsə, Bakı İstintaq Təcridxanasının yerləşdiyi yer üzrə telefon lokalizasiyalarını yoxlasınlar), xidmətçi verilib. Gülər Əhmədova ilə bir otaqda qalan kimliyi gizlədilən qadın Bakı İstintaq Təcridxanasına Gülər Əhmədova ilə birlikdə ona qulluq etmək üçün gətirilib. Gülər Əhmədova istintaq otaqlarına belə avtomobillə gətirilir. İstintaq otaqlarının ən böyüyü 14-cü otaqdır ki, Gülər Əhmədova həmişə həmin otaqda görüşür. Bunlar imtiyazlar deyil?”
Bizimyolinfo.com xəbər verir ki, bu fikirləıri vəkil Elçin Sadıqov şəxsi profil səhifəsində yazıb. O, bu statusu ilə Gülər Əhmədovaya Bakı İstintaq Təcridxanasında xüsusi imtiyazlar yaradılması barədə yayılan xəbərlərin Gülər Əhmədovanın vəkili Raqif Mustafayev tərəfindən təkzib edilməsinə münasibət bildirib.
Qeyd edək ki, bir müddət əvvəl vəkil Elçin Sadıqov Gülər Əhmədovaya Bakı İstintaq Təcridxanasında xüsusi imtiyazlı şərait yaradılması ilə bağlı məlumat vermişdi. İnformasiyanın yayılmasından sonra isə Gülər Əhmədovanın vəkili Raqif Mustafayev xəbəri təkzib edərək, həqiqət olmadığını bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər