“Azərbaycan Dəmir Yolları”nın şöbə rəisi qətlə yetirilib
9-04-2011, 11:25
Oxunub: 7 862

Onun meyiti Altıağacdan tapılıb
Bakıda 8 gün əvvəl itkin düşən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Reyhan İsgəndərovanın meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, bu, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin və Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində mümkün olub.
Müəyyən edilib ki, aprelin 1-də itkin düşmüş kimi qeydə alınan Reyhan İsgəndərli Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan Gəncə Cəfərov və İlqar İbrahimov tərəfindən qətlə yetirilib. Onlar meyiti Xızı rayonunun Altıağac qəsəbəsində basdırıblar. Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır.
Reyhan İsgəndərli 2 uşaq anasıdır. O, aprelin 1-də axşam saatlarında özünə məxsus avtomobillə evə gəlib. Bir neçə saatdan sonra isə qadın avtomobili həyətdə qoyaraq evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ailə üzvlər hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət ediblər.
R. İsgəndərovanın itkin düşməsi ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi cinayət işi başlanılıb.
R.İsgəndərova rəsmən ailəli olsa da, həyat yoldaşından ayrı yaşayır və kifayət qədər ciddi qadın kimi tanınırmış.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər