"Yoldaşımı vuran futbolçu kefinə düşəndə gəlir"
18-04-2013, 13:35
Oxunub: 5 219
“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevin maşınla vurduğu Gülsabah Nuriyevanın vəziyyəti normallaşıb.
Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun Fəsadlar şöbəsinin müdiri Əli Davudovun ans press-ə verdiyi məlumata görə, hal-hazırda xəstənin vəziyyəti normallaşıb:
“Xəstə qolundan və ayağından iki əməliyyat olunub. Lakin sınıqları hələ bitişməyib. Xəstənin tamam sağalması üçün 7-8 ay lazımdır. Hal-hazırda vəziyyəti normallaşdığından evə buraxılmasına icazə verilib”.
Xəstənin həyat yoldaşı Vidadi Nuriyevin verdiyi məlumata görə, xəstəyə AFFA tərəfindən köməklik olunsa da, vuran şəxs, demək olar ki, xəstə ilə maraqlanmır: "Federasiyadan narazılığımız yoxdur, onlar öz üzərilərinə götürüblər ki, axıra qədər kömək edəcəklər. Lakin onu maşınla vuran futbolçu bizə soyuq münasibət göstərir. Kefinə düşəndə gəlir”, deyə xəstənin həyat yoldaşı bildirib.
Onun sözlərinə görə, ailə üzvlərinin Gülsabah Nuriyevaya xəstəxanada baxmağa imkanı olmadığından və bir qədər maddi durumuda çətinlik olduğundan, xəstəni evə aparmaq qərarına gəliblər.
Xatırladaq ki, "Neftçi" futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev martın 28-də "Nissan" markalı avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurmuşdu. Onlardan biri yerindəcə dünyasını dəyişib, digər yaralı Gülsabah Nuriyeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər