BolgeXeber.Com » Gündəm » Marketləri bəzəyən bu konfetlər təhlükə saçır - Ekspertdən həyəcan siqnalı
Marketləri bəzəyən bu konfetlər təhlükə saçır - Ekspertdən həyəcan siqnalı
23-10-2019, 12:39
Oxunub: 6 798
Tez-tez sosial şəbəkələrdə istehlakçılar müxtəlif marketlərdə satılan konfetlərin və ya şokoladların içərisindən qurd çıxması, keyfiyyətinin qaneedici olmaması, eləcə də son istifadə müddətinin qeyd olunmaması ilə əlaqədar çoxlu şikayətlər səsləndirilir
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida üzrə ekspert İsa Əliyev bildirib ki, istifadə müddəti bildirilməyən heç bir məhsulu almaq olmaz:
“Bütün qidaların istifadə müddəti üzərində qeyd olunmalıdır. Bizim istehlakçılardan xahişimiz odur ki, aldıqları məhsulun etiketini mütləq yoxlasınlar, son istifadə müddəti varmı, yoxmu? Yoxdursa, mütləq market işçilərinə irad bildirsinlər, tələb etsinlər. Məhsulun son istifadə müddəti mütləq bildirilməlidir”.
Ekspert həmçinin, düzgün qablaşdırılmayan və ya açıq şəkildə satılan şirniyyatların da təhlükə saçdığını bildirib:
"Bir çox məhsullarda, o cümlədən qənnadı və konfetlərdə paketlənmə çox vacibdir. Çünki şirniyyat məhsullarının bir çoxunun tərkibində bitki yağlarından istifadə olunduğu üçün istiyə qarşı həssaslığı var. Bu qayda nəinki qənnadı, digər məhsullar üçün də keçərlidir. Məsələn çörək, müxtəlif un məmulatları və s. Həmçinin açıq şəkildə satılan bu məhsullarda kamtaminasiya problemi də ola bilər. Yəni açıq şəkildə satılan məhsulların içinə toz da daxil ola bilər. Belə məhsulları daha çox, mənşəyi bəlli olmayan, dövlət qeydiyyatından keçməyən firmalar istehsal edir. Belə firmalar ekonomik seqmentə uyğun, yəni ucuz məhsullar istehsal edirlər. Bunun da qarşısını ala biləcək yeganə qurum AQTA-dır. Artıq AQTA-nın ani reydləri mövcuddur. Bu reydləri keçirib, onlar bu məhsullardan nümunə götürərək, öz labarotoriyalarında analiz edə bilərlər. Əlbəttə ki, istehsalçı firmanı da tapmaq çətin məsələ deyil, əgər market bunu satırsa, kimdən aldığı da bəllidir. Həmin firmaları tapıb, cərimələyə bilərlər. Bir qida mütəxəssisi kimi bildirirəm ki, açıq şəkildə satılan heç bir məhsulu almaq düzgün deyil, onların insan sağlamlığına böyük zərərləri ola bilər".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər