Şəhid xanımından Hacı Xanhüseyn Kazımlı haqqında ilginc İDDİA
2-11-2019, 17:10
Oxunub: 6 979
Şəhid gizirimiz Pərvin Əliyevin ailəsi ölkə başçısı tərəfindən verilən mənzili axtarır
Şəhidimizin həyat yoldaşı Zülfiyyə Əliyeva Moderator.az-a özü bu barədə məlumat verib:
“2014-cü ilin 1-3 avqust tarixləri arasında təmas xəttində baş verən atışma zamanı həyat yoldaşım şəhid olandan sonra üç mərasimində “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalını təqdim etdilər. Həmin vaxt millət vəkili Xanhhüseyn Kazımlı, İcra Hakimiyyətinin nümayəndəsi və bir də Müdafiə Nazirliyindən Abdulla Qurbani gəlmişdi. Medalı oğlumun sinəsinə vurarkən bizə dedilər ki, ölkə başçısı sizi mənzillə təmin edib.
Biz Sumqayıtda kirayədə yaşayırdıq və bizi gətirib Bakıda hərbi şəhərcikdə yerləşdirdilər və dedilər ki, altı ildən sonra sizin evə order veriləcək. İndi isə vaxt tamam olub, evin orderini tələb edirəm deyirlər ki, ora müvvəqqəti yaşayış yeridir, orda evlərə order verilmir. Buna görə də indiyə kimi ölkə başçısının bizə verdiyi mənzilin yerini bilmirik. Sabah başıma bir iş gəslə, bəs iki övladım harda qalacaq? Bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, heç kim cavab vermir. Millət vəkili Xanhüseyn Kazımlının isə bu günə kimi səsi çıxmır. Övladımı çağırıb qalstukun düzəltdirib, kitab çıxarıb özünü reklam edir, amma heç oğlumu tanımır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər