Könül Xasıyevanın konsertində “Mercedes” fırıldağı
22-04-2013, 08:45
Oxunub: 5 269
Tədbirdə uduşa iki avtomobil qoyulacağı vəd edilib, amma...
Azərbaycanda büdcə təşkilatlarında çalışanlar daha bir fırıldaqla üzləşiblər. Belə ki, aprelin əvvəllərindən başlayaraq əsasən səhiyyə və təhsil sahəsinin işçilərinə əməkdar artist, sevilən xanəndə Könül Xasıyevanın solo konsertinə biletlər satılmağa başlayıb.
Təxminən 30 min biletin satıldığı deyilir. Biletin birinin qiyməti də 10 manat olub. Bu məbləğ tibb və təhsil, “Azərsu”, “Azəriqaz” işçilərinin, habelə dövlət müəssisələrinin sifarişi ilə işləyən bəzi özəl şirkətlərin əməkdaşlarının maaşından əvvəlcədən tutulub və ya nağd şəkildə alınıb. Onlara bildirilib ki, bu mədəni-kütləvi tədbir Həmkarlar İttifaqlarının xətti ilə keçirilir, konsert də aprelin 19-da olacaq. Bilet satışını kütləviləşdirmək, tamaşaçı marağını artırmaq üçün belə bir vəd də verilib ki, konsert zamanı tədbirdə biletlər əsasında “Mercedes” markalı iki minik maşını uduşa qoyulacaq.
Bu məlumatı “Yeni Müsavat”a həmin tədbirdə iştirak edən şəxslərdən biri verib. Onun sözlərinə görə, konsert həqiqətən də deyilən vaxtda baş tutub. Aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-da başlayan konsert üç saat çəkib və 22:00-da başa çatıb. Amma “Mercedes”lər uduşa qoyulmayıb. Baxmayaraq ki, stadionun girişində də buna dair elan vurulubmuş.
Konsertdə iştirak etmiş qaynağımız bunları deyib: “Stadiona yığışan 15 min nəfər tamaşaçı çox gözləsə də heç bir uduş olmadı. Təşkilatçılar tərəfindən aldadıldığını başa düşən adamlar, o cümlədən mən soyuq havada boş yerə oturmaq istəməyərək tədbirin yarısında dağılışmağa başladıq. Tədbirin iflasa uğradığını görən təşkilatçılar növbəti fırıldağa əl atdılar. Stadionda elan olundu ki, maşınlar indicə uduşa çıxarılacaq. Hamı geri qayıtdı. Stadiona doğrudan da iki ”Mercedes" gətirildi. Elan olundu ki, konsertin axırında uduş keçiriləcək. Lakin bu da olmadı. Konsert başa çatdı. Maşınları da sürüb apardılar. Beləcə, 15 min nəfərin hamısını aldatdılar. Əvəzində bir konsertdən 150 min manat pul topladılar".
Qeyd edək ki, biletin üstündə təşkilatçıların kimliyinə dair heç bir qeyd olmayıb. Büdcə təşkilatlarına sadəcə o bildirilib ki, bu konsert Həmkarlar İttifaqının xətti ilə keçirilir. Bununla bağlı Həmkarlar İttifaqının da mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər