Rasim Balayev Turizm və Mədəniyyət naziri ola bilər
22-04-2013, 18:15
Oxunub: 5 376
Azərbaycan hakimiyyəti əhalinin narazılığının qarşısını almaq üçün həyata keçirdiyi «kadr islahatı» ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Hökumətin atmaq istədiyi addımlar sırasında Turizm və Mədəniyyət Nazirliyinin rəhbərinin dəyişdirilməsi məsələsi də var.
Məlumatda iddia olunur ki, yaxın vaxğlarda Əbülfəz Qarayev başqa bir işə keçiriləcək. Onu əvəz edənlər sırasında isə ən optimal namizəd kimi tanınmış kinoaktyor Rasim Balayevin adı çəkilir. İddialara görə, Balayevin namizədliyini irəli sürənlər bu addım atılacağı təqdirdə cəmiyyətin narazılığının qismən aradan qalxa biləcəyi ilə əsaslandırıblar.
Qeyd edək ki, Rasim Balayev bir müddət əvvəl hakimiyyəti sərt tənqid edərək, hazırkı vəziyyətdə mədəniyyət işçilərinin ağır vəziyyətdə yaşadığını demişdi. Bu açıqlamasından sonra onun cəmiyyətdə reytinqinin xeyli artdığı da müşahidə olunmuşdu. Lakin onun sonradan sözünü geri götürməsi və siyasətə qarışmaq iddiasında olmadığını deməsindən sonra durum dəyişmişdi. Amma buna baxmayaraq, onun nazir olacağı təqdirdə bəzi narazılıqların aradan qalxacağına inam var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər