BolgeXeber.Com » Gündəm » Qaçkınkomun qarşısında ailəmlə birgə özümü yandıracam - Məcburi köçkün(VİDEO)

Qaçkınkomun qarşısında ailəmlə birgə özümü yandıracam - Məcburi köçkün(VİDEO)

22-11-2019, 11:56
Oxunub: 3 929 Məcburi köçkün Habil Ağayev məmurlardan bezdiyini deyir

Məcburu köçkün Habil Ağayevin evi əlindən alınaraq başqasına satılıb.

 Bolgexeber.com bildirir ki, 1993-cü ildən Kəlbəcər rayonundan olan məcburi köçkün Ağayev Habil Fəxrəddin oğlu Qaradağa rayonunun Müşfiqabad qəsəbəsində 1 nömrəli yataqxanada yaşayıb.

Babasının xəstəliyi ilə əlaqədar rayona gedən və 15 gün sonra qayıdan Habil Ağayev evinin qapısının qırıldığını və evin başqa sakinə satıldığını görüb.

O vaxtdan kirələrdəsürünən Habil Ağayevin artıq qalmağa yeri olmadığını bildirib. O, prezidentə mürarciət edərək yardımçı olmasını xahiş edir.

P.S.Məsələ ilə bağlı Qaradağ icra hakimiyyətindən Bolgexeber.com-a bildirdilər ki, Ağayev Habil Fəxrəddin oğlunun iddiaları əsassızdır və onun evini heç kim yarmayıb, zəbt etməyib. Qaradağ İcra hakimiyyətindən həmçinin bildirdilər ki, çox güman Habil Ağayev bu ittihamları başqa məqsəd üçün edir. Şikayətlə bağlı Kəlbəcər icra hakimiyyətindən və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada da bildirildi ki, səsələnən ittihamlar yanlışdır. Açıqlamada qeyd olunur ki, Habil Ağayev uzun müddət  başqa yerdə yaşayıb və onun səsləndirdiyi iddialar tam əsassızdır.