BÖLGƏ.TV –nin 5 ,Bolgexeber.com-un 10 yaşı tamam olur
25-11-2019, 09:37
Oxunub: 7 189
Bu gün Bolgexeber.com saytının 9 yaş, BÖLGƏ.TV –nin isə 5 tamam olur.
2009-cu ildə təsis edilən Bolgexeber.com və 2005-ci ildə təsis edilən BÖLGƏ.TV ötən müddət ərzində ölkənin populyar xəbər saytlarından birinə və TV-yə çevrilməyi bacarıb.
Bolgexeber.com və BÖLGƏ.TV nəinki bölgələrdə ,eləcə də ölkədə baş verən hadisələr, ictimai-siyasi proseslər və digər maraqlı sahələr üzrə rəngarəng xəbərlər, yazılar yerləşdirilir,sosial problemlər işıqlandırılır. “Bolgexeber.com saytı və BÖLGƏ.TV olaraq, biz redaksiyamıza daxil olan bütün məlumatları daim dəyərləndirərək öyrənməyə və ətraflı işləyib işıqlandırmağa çalışmışıq. Əsas hədəfimiz ölkənin, xüsusən də əyalətlərin problemlərini işıqlandırmaq olub. Bu gün mətbuat mütəmadi olaraq ölkədə baş verənlərdən yazır. Lakin bunun fonunda bölgələrin problemləri olduqca az miqdarda işıqlandırılırdı və biz bu şərəfli missiyanı öz boynumuza götürdük və oxucuların ,tamaşaçıların reaksiyaları onu deməyə əsas verir ki,işin öhdəsindən gələ bilirik”,- Bolgexeber.com saytının və BÖLGƏ.TV –nin rəhbəri Vasif Turan açıqlamasında bildirdi .
Azərbaycanda fəaliyyət göstərən tanınmış saytlardan biri və internet tv-lərindən olan Bolgexeber.com və BÖLGƏ.TV bu illər ərzində oxuculara obeyktiv və qərəzsiz informasiyaların çatdırılmasında bir çox işlər görməyi bacarıb və informasiya bazarında özünəməxsus yerini tuta bilib.
Vasif Turan yekunda saytın ayaq üstə qalmasında oxuculara təşəkkürünü bildirib. «Oxucularımıza və izləyiciləriməzə dərindən təşəkkür edirik. Onların sayəsində bu gün saytımız və TV-miz daha da populyarlaşıb. Onlara söz veririk ki, davamlı olaraq operativ, dəqiq və qərəzsiz məlumatları diqqətlərinə təqdim edəcəyik».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər