BolgeXeber.Com » Gündəm » Kürdəmirdə bir stəkan təzə alça 500 manata satılıb

Kürdəmirdə bir stəkan təzə alça 500 manata satılıb

24-04-2013, 11:25
Oxunub: 3 966 Bir neçə gündür ki, Kürdəmirdə hamı ilginc bir hadisə haqqında danışır. Rayon sakinlərindən verilən məlumata görə, Bakı-Kürdəmir yolunun kənarında yaz meyvələrinin satışı ilə məşğul olan alverçilərdən biri yenicə bazarlara çıxan alçanı 500 manata satıb. Kürdəmirin kəndlərindən birinin sakini olan həmin Şamo Süleymanov adlı şəxsin mobil nömrəsini taparaq ondan məsələnin doğru olub olmamasını maraqlandıq. Kürdəmir sakininin deməsinə görə, hadisə belə baş verib: “Hamı kimi mən də alça yetişən gündən çörək pulu üçün yol kənarına çıxıb Bakıdan gələn avtomobillərin diqqətin çəkməyə çalışdım. Bir həftədən çoxdur ki, az-çox qazancım olurdu. Alçanın stəkanını 3 manata satırdıq. Bir bahalı avtomobil saxladı və məndən alça istədi. Sürücüyə alçanı verəndə arxada oturan cavan qızla oğlan məndən onun yuyulub yuyulmadığını soruşdular. Dedim kənd məhsuludu təmiz olur. Sonra oğlan dedi ki, nə qədər qazanırsan bu alça satmaqla? Cavab verdim ki, şükür gündə evə beş-on manat aparırıq də. Götürdüyü bir stəkan alçaya görə çıxarıb mənə 500 manat uzatdı. Əvvəl məni doladıqların düşündüm sonra təkidlə tələb etdi ki, al götür, gələn il bir də bu yola çıxma kişi! Elə bildim müğənnidir. Amma nömrəsi dövlət nişanı idi. Deyəsən hansısa dövlət məmurunun oğlu idi. Gəlib rayonda çayxanalarda bu haqda danışanda heç kim mənə inanmırdı. Amma cavanlara maşının nömrəsini markasını deyəndə tanıdılar və dedilər ki, o yaxınlıqdakı rayonlardan birinin icra başçısına məxsusdur.” bizimxeber.az