BolgeXeber.Com » Gündəm » Baş redaktor Mahmud Tağıyev :”Bu sıradan bir hadisə deyil”

Baş redaktor Mahmud Tağıyev :”Bu sıradan bir hadisə deyil”

25-04-2013, 13:35
Oxunub: 5 829 Məlum olduğu kimi 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı yandırılaraq öldürülmüşdür. Açılan cinayət işinin 2 ilə yaxın yubadılması istər baş redaktorun özündə, istərsə də ictimayyətədə birmənalı qarşılanmır. İşi aparan müstəntiqlər isə daha çox susmağa üstünlük verirlər. Məsələ ilə bağlı baş redaktorun həmkarı -Qafqazregion.az xəbər portalının baş redaktoru Mahmud Tağıyev öz münasibətini bildirib:
“Əlbəttə ,qeyd etmək lazımdır ki,bu sıradan bir hadisə deyil.Ortada iki azyaşlı uşağın müəmmalı şəkildə yanaraq ölməsi faktı var.Hesab edirəm ki, bu nəinki bir valideyn kimi baş redaktor,həmçinin hər bir normal insan üçün ağrılı bir hadisədir.Buna görə də cinayət işindən iki il keçməsinə baxmayaraq hadisənin istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmaması narahatçılıq doğurmaya bilməz.Hesab edirəm,ictimaiyyətin diqqətində olan bu ciddi məsələ dövlət strukturları tərəfindən yenidən araşdırılmalı və cinayət işinə dəqiq,obyektiv qiymət verilməlidir. Və əgər məlum olsa ki, işi aparan hüquq-mühafizə oqanlarının hansısa əməkdaşı ilkin istintaq zamanı cinayət işini bu və ya digər səbəbdən bilərəkdən ört-basdır etmək istəyib,təbii ki,onlar da,əsl cinayətkarlar da tapılıb cəzalandırımalıdırlar.Çox istərdim ki, jurnalist həmkarımın başına gələn bu dəhşətli faciə yenidən və ədalətlə araşdırılsın. Burada söhbət təkcə bir atanı,valideyni sevindirməkdən yox,həm də dövlətimizin nüfuzuna, qanunları pozan hansısa məmura görə xələl gələ bilməsindən gedir.Çünki redaktorun özünün də bildirdiyinə görə əgər o cinayət işinin sonacan obyektiv aparılmamasını görsə sonda beynəlxalq təşkilatlara müraciət etmək məcburiyyətində qalacaq.Ancaq ümid edirəm buna ehtiyac olmaycaq və məsələ yaxın zamanlarda , elə öz ölkəmizdə öz ədalətli həllini tapacaq”