BolgeXeber.Com » Gündəm » Gəncədə böyük yanğın: şəhər faciədən döndü

Gəncədə böyük yanğın: şəhər faciədən döndü

27-04-2013, 09:25
Oxunub: 5 221 Gəncənin Nizami rayonunda yerləşən çay evində yanğın olub. ans press-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 120 kv.m olan taxta konstruksiyadan ibarət çay evi 95 kv.m sahədə yanıb. Çay evinin qalan hissəsi və yaxınlıqdakı maye qaz doldurma məntəqəsi yanğından mühafizə olunub.
Gəncədən verilən məlumata görə, “Ramiz müəllimin çayxanası” kimi tanınan obyekt şəhərin tanınmış çay evidir. Yeni Gəncə qəsəbəsində yerləşir. Yanğının sahəsi geniş olub və ikinci dərəcəli çağırış elan edilib.
Yanğının baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat yoxdur.