Gəncədə DSMF hansı əsaslarla işləyir? - GİLEY
16-12-2019, 11:04
Oxunub: 4 487
Gəncə sakini Tanırquliyev Tanırqulu ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənir
Dia.az-ın məlumatına görə o, ünvanlı sosial yardım almaq üçün VEMTAS sisteminə sənədlərini verib. Bir müddət sonra Gəncə şəhər Nizami rayon Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaşadığı ünvana gələrək baxış keçiriblər. T.Tanırqulu bildirir ki, evinə baxış keçirdikdən iki gün sonra ona sosial yardım almaq üçün imtina cavabı gəlib. Məsələ ilə bağlı quruma yenidən müraciət edən zaman ona bildiriblər ki, vətəndaş yaşadığı evin sahibi ilə kirayə müqaviləsi bağlamalıdır:
“Mən onlara bildirdim ki, bu evdə kirayə qalmıram. Ailəmə bu ünvanda müvəqqəti sığınacaq verilib. Sığınacaq kimi yaşanılan bir evdə ev sahibi ilə hansı kirayə müqaviləsindən söhbət gedə bilər ?”
Gəncə sakini bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları onun sözlərinə məhəl qoymayıb. Tanırqulu Tanırquluyev məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şikayət məktubu ünvanlanladığını lakin nazirlikdən ona heç bir cavab verilmədiyini bildirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər