BolgeXeber.Com » Gündəm » Qaradağda məmur bəlasına düşən şəhid ailəsi ÇAĞRIŞ ETDİ(VİDEO)

Qaradağda məmur bəlasına düşən şəhid ailəsi ÇAĞRIŞ ETDİ(VİDEO)

23-12-2019, 12:16
Oxunub: 4 652 Qaradağda məmur bəlasına düşən şəhid ailəsi ÇAĞRIŞ ETDİ(VİDEO)Köçkünlük sadəcə yaşayış yeri və ya mənzil dəyişmək deyil

Bu tədqiqatda mənim qəhrəmanlarım müharibəni gözləri ilə görmüş, qorxu, həyəcan, yoxsulluq, evsizlik, ehtiyacın nə olduğunu bilən, çox böyük travmaya məruz qalmış, əhalinin sosial cəhətdən ən zəif təbəqəsidir.

Həmin təbəqə ki, yerdəki məmurlar tərəfindən əzilir, təhqir edilir.

İxa.az bildirir ki, şəhid ailəsi Ağayev Fəxrəddin Babaxan oğlu illərdir Qaradağ rayonunda köçkün həyatı yaşayır. Qaradağ rayonunda getmədiyi idarə yalvarmadığı məmur qalmayıb. Dediyinə görə, Qaradağ icra hakimiyyəti və Qaçqınların və Məcburu Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Qaradağ şöbəsinin müdiri onları çöllərə salıb.

Ağayev Fəxrəddin bildirir ki, dəfələrlə icraya və qaçqınkoma getsədə sözünü eşidən dərdini dinləyən yoxdu. Şikayətçi evlə bağlı sonuncu dəfə qaçqınkomun Qaradağ nümayəndəliyində olduğunu və orda müdir tərəfindən təhqir edilərək yola salındığını deyir.

Bildirir ki, harınlamış qaradağ qaçkınkomun rəhbəri "sizləri və bizləri bu günə prezident qoyub gedin nə tələbiniz var ondan edin". Fəxrəddin Ağayev evsiz daha yaşaya bilmədiklərini PA-nın qarşısında ailəcə özlərini yandıracaqlarını,belə yaşamaqdansa ölmək yaxşıdı deyir. Və. sonuncu dəfə ailəcə prezidentən kömək istəyir.

Qaradağda məmur bəlasına düşən şəhid ailəsi ÇAĞRIŞ ETDİ(VİDEO)
Qaradağda məmur bəlasına düşən şəhid ailəsi ÇAĞRIŞ ETDİ(VİDEO)
Qaradağda məmur bəlasına düşən şəhid ailəsi ÇAĞRIŞ ETDİ(VİDEO)
Qaradağda məmur bəlasına düşən şəhid ailəsi ÇAĞRIŞ ETDİ(VİDEO)